Bu gün Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AzVirt" MMC-nin yaradıcısı Əli Musa oğlu Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AzVirt" MMC-nin yaradıcısı Əli Musa oğlu Əliyevin doğum günüdür


Bu gün Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AzVirt" MMC-nin yaradıcısı Əli Musa oğlu Əliyevin doğum günüdür. Əli müəllim 1933-cü il may ayının 20-də Qərbi Azərbaycanın Vedi rayonunun Dəhnəz kəndində anadan olub. Atası Musa kişi 1937-ci ildə sovet hökuməti tərəfindən “xalq düşməni” adı altında tutulduqdan sonra onun uşaqlığı Qazaxstan Respublikasının Cambul vilayətində sürgündə keçib. O, Frunze Sənaye Texnikumunun “Şəhər yollarının və körpülərin tikintisi” fakültəsində ali təhsil alıb. Qırğızıstan Respublikasında Avtomobil Nəqliyyatı Nazirliyinin «Yolmühəndistikinti» trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmaqla əmək fəaliyyətinə başlayıb. Bakıya köçdükdən sonra 1972-ci ildə paytaxtımızda yeni yaradılan “Xüsusiləşdirilmiş yol tresti”nə rəis təyin edilib.
Ə.M.Əliyev 1973-cü ildə “Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi” mövzusunda namizədlik dissertasiyası, 1984-cü ildə isə “Asfaltbetonun regenerasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
Ə.M.Əliyev 1999-cu ilin dekabrından vəfat edənədək “AzVirt” MMC-nin baş direktoru vəzifəsində çalışıb. O, 2016-cı il aprel ayının 23-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ehtiramla yad edirik!


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər