"Şərtlər ağırdır, nə kirayə ev verirlər, nə də mənzil ala bilirsən" - Rejissor

"Şərtlər ağırdır, nə kirayə ev verirlər, nə də mənzil ala bilirsən" - Rejissor


"Rejissor evi ala bilmir, kirayəni tapa bilmir. Nəzərə alsaq ki, bu qədər iş, fəaliyyət və onun alternativləri ilə çoxdan alınmalıydı. Praktik olaraq mümkün deyil".

Bu sözləri tanınmış rejissor Kamal Yaşar “Sabaha saxlamayaq” verilişində “mənzil problemi: necə həll etməli?” mövzusu haqda danışarkən söyləyib.

Kirayə məsələsinə gəlincə isə sənətçi bildirib ki, mənzil tapmaq müşkül işdir:

“Çətinliklər ondan ibarətdir ki, birincisi, tək adama ev verilmir. Tək oğlana, kişi xeylağına ev verilmir. Bunun üçün bir çox səbəblər gətirirlər. Sanki insanlar belə bir təəssürat var ki, məsələn, tək adam gələn kimi axşam orada “köpük şou” keçirdir, nəsə bir parti təşkil edir. Dəfələrlə belə halın şahidi oldum. Buna görə kirayə mənzil götürə bilmədim”.

Kamal Yaşar həmçinin mənzil satın almaqla istəyəndə də bənzər problemlə qarşılaşdığını deyib.

“Məsələn, kirayə mənzillər layihəsi var idi, sadəcə, ərsəyə gəlib çıxandan sonra məlum oldu ki, oradakı şərtlər həddindən artıq ağırdır. Praktik olaraq maaşla pul vermək, sonra dolanışıq üçün müəyyən məbləği saxlamaq mümkün deyil. Olsun ipoteka şərtləri. Hamımız bilirik ki, aylıq ödənişlər çox ağırdır. Qarşıda müəyyən imtiyazlar tanınacaq. Jurnalistlər üçün bu, baş verəcək. Ondan sonra bəlkə ümid etmək olar. Amma orada belə, müəyyən çətinliklər var”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər