Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində

Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində


ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb.

Dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.

Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib.

Funt sterlinq isə İngiltərə Bankının faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmasından, lakin iqtisadiyyatın tənəzzül riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdikdən sonra 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb. Britaniya valyutası sonuncu dəfə 2,25% ucuzlaşaraq 1,2351 dollar olub.

Almaniyada mart ayında sənaye sifarişlərinin keçən oktyabr ayından bəri ən böyük aylıq azalma ilə üzləşdiyini göstərməsindən sonra avro da ucuzlaşıb. Avro 0,98% ucuzlaşaraq 1,0518 dollara düşüb və ötən cümə axşamı əldə edilən 1,0470 dollarla beş ilin ən aşağı səviyyəsini bir qədər yuxarıda tamamlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər