“Qarabağ” azarkeşləri və polis arasında insident

“Qarabağ” azarkeşləri və polis arasında insident















Klubun prezidenti xəstəxanada olub

Dünən Tofiq Bəhramov adına Respublika Stadionunda futbol üzrə Azərbaycan kubokunun “Qarabağ” və “Neftçi” klubları arasında keçirilən final görüşündən sonra polislərlə azarkeşlər arasında insident qeydə alınıb.

Matçdan sonra qələbəni qeyd edən “Qarabağ”ın oyunçuları formalarını çıxararaq, “İmarət” azarkeş qrupunun yer aldığı 6-cı sektora atıblar və bu zaman azarkeşlər arasında gərginlik yaşanıb.

Azarkeşlərini sakitləşdirməyə çalışan polis əməkdaşları onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Azarkeşlərin social şəbəkələrdə yaydığı məlumata görə, hadisədən sonra klubun prezidenti Tahir Gözəl Travmatologiya xəstəxanasına baş çəkərək, azarkeşlərin vəziyyəti ilə maraqlanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Oxu.Az-a bildirib ki, oyundan sonra polislərlə azarkeşlər arasında gərginliyin yaranması haqqında yayılan məlumatlar yalandır.

Öz növbəsində apasport.az-a açıqlama verən “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl bildirib ki, klub prezidenti Tahir Gözəl məsələ ilə bağlı lazımi görüşləri gerçəkləşdirəcək.

“Əgər ortada bir günahkar varsa və bu, tapılsa, tədbir görüləcək”.

Əmrah Çəlikəl məsələni sonuna qədər araşdıracaqlarını bildirib:

“Bildiyimə görə, bu dəqiqə xəstəxanada azarkeşimiz olmamalıdır. Dünən gecə saatlarında 2 xəstənin olduğunu öyrəndik və gedib, hər ikisinə baş çəkdik. Polisdə də azarkeşimiz olmamalıdır. Biz hazırda məsələni araşdırırıq, baxırıq, nədi, nə deyil? Əlbəttə, istəmərik ki, kiməsə haqsızlıq edilsin, kimsə haqsız yerə vurulsun. İstənilən halda, polisin azarkeşə qarşı güc tətbiq etməsi doğru deyil. Ümumiyyətlə, insan insana güc tətbiq etməməlidir”.

Əmrah Çəlikəl qeyd edib ki, hadisə ilə bağlı hər kəs özündə ölçü götürməlidir:

“Dünyanın hər yerində belə hallar olur. Kimsə istəməzdi ki, bu hadisə yaşansın. Yəqin ki, aidiyyatı olan insanlar özləri üçün bu işlə bağlı ölçü götürəcəklər. Sadəcə, Azərbaycanda deyil, dünyanın hər yerində belə hadisələrə rast gəlirik. Heç kim demir ki, düzgün oldu, gözəl oldu. Təbii ki, xeyr. Kaş ki, olmayaydı. Günahkar varsa, bunun araşdırılması, aşkar olması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, oyun “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 120-ci dəqidədə Miçel Madeyra vurub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər