Qurban Qurbanov 50-ni tamamladı

Qurban Qurbanov 50-ni tamamladı


Bu gün azərbaycanlı məşqçi Qurban Qurbanovun yubileyi – 50 yaşı tamam olur.

Oxu.az xəbərinə görə, Q.Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub.

Altıuşaqlı ailənin sonuncu övladı olan Qurban Qurbanov uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Həvəskar futbolçu karyerasına 1988-ci ildə Mingəçevirin “Kür” komandasında başlayan Q.Qurbanov Gürcüstanın “Mertskali” komandasında çıxış edib.

Onun peşəkar karyerası isə doğma Zaqatalanın “Daşqın” komandası ilə başlayıb. Daha sonra onun karyerası “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Neftçi”, “Fakel” (Rusiya), “Volqar-Qazprom” (Rusiya), “Neftçi” və “İnter” komandalarında davam edib. Göründüyü kimi, üç dəfə yolu Azərbaycanın ən köklü klubu “Neftçi” ilə kəsişən Q.Qurbanov hücumçu kimi peşəkar klub karyerasında 400-dən çox rəsmi oyun keçirib, 180-dən çox qol vurub. Bu müddətdə “Turan”la 1, “Neftçi” ilə 3 dəfə Azərbaycan çempionu olub. 1996/97 mövsümündə “Neftçi”də çıxış etdiyi vaxt çempionatın ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.

1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub. Bu nəticə ilə o, indiyədək Azərbaycan millisinin ən sərrast futbolçusu adını qoruyub saxlayır. 1993-cü ildə İranın paytaxtı Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin turnirində Qazaxıstan U-21-i ilə görüşdə dubl edib. Bundan sonra ardıcıllıqla Farer adaları, Belarus, Türkmənistan, Lixtenşteyn, Estoniya, Lixtenşteyn, Serbiya və Çernoqoriya (3 qol), Moldova, Özbəkistan və Latviyada qollar vurub. Təbii ki, bu qollar içərisində ən yadda qalanı AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində ovaxtkı Serbiya və Çernoqoriyanın qapısına hər iki oyunda yol tapması olub.

Futbolçu karyerasını bitirdikdən sonra “İnter” klubunda (indiki “Şamaxı”) idman direktoru kimi işə başlayan Q.Qurbanov “Neftçi”də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək “Qarabağ”a baş məşqçi təyin olunub. Bu müddətdə o, “Qarabağ”a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər