Gədəbəy: inkişaf və quruculuq dövrü

Gədəbəy: inkişaf və quruculuq dövrü












Və ya Gədəbəy rayonu haqqında yazılanlara obyektiv prizmadan baxış


Son günlər Gədəbəy rayonu və onun icra başçısı Ramiz Yediyarov haqqında bəzi mətbuat orqanlarında çeşidli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Gədəbəy rayonunda olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq Gədəbəy rayonunda vəziyyət heç də yazılanlar kimi deyil. Əksinə, rayonda durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da gərək yoxdur. Cəmi 200 km məsafə qət edib, Gədəbəyə təşrif gətirmək kifayətdir.
Yox, əgər onlar özlərinə əziyyət verib, rayona gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
Gədəbəy rayonu adının mənası kimi özüdə iri cəkidə, sayılıb secilən rayonlardan biridir. Gədəbəy rayonunda 2003-2004-cü illərə nəzər salanda, heç də ürək açan mənzərə görünmürdü

Onu vurğulamaq lazımdır ki, Ölkə Prezidentinin sərəncamı ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Ramiz Yediyarovun Gədəbəyə gəlişindən sonra, Gədəbəy fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Gədəbəy rayon İcra Hakimiyyətinin başcısı Ramiz Yediyarovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Gədəbəydə inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Gədəbəy rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Gədəbəy rayonuna da əhəmiyyətli pay düşmüşdür. Gədəbəylilər Ramiz Yediyarovun başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Gədəbəy rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Gədəbəy və gədəbəylilərə yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Ramiz Yediyarovun icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.

Ümumiyyətlə, Gədəbəy rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub.

Bütün yaş qruplarından olan ayrı-ayrı insanlarla görüşüb İcra Hakimiyyətinin başçısı barədə fikirləri də öyrəndik. Həmsöhbət olduğumuz hər bir kəs ilk olaraq onu qeyd edirdi ki, Ramiz müəllim Prezidentimizin sərəncam, tapşırıq və tövsiyələrini, xüsusilə xalqın xidmətçisi olmaq tələbini məsuliyyətlə yerinə yetirir. Rayon gənclərinə münasibətdə çox diqqətlidir. Onların məşğulluğunun artırılması, müasirləşməsi, ixtisas biliklərinə yiyələnməsi üçün çox iş görür. Vacib sahələrə imkan olduqca gəncləri irəli çəkir. İntellektual fəaliyyət göstərən “İnnovasiya mərkəzi”, ali,orta ixtisas və peşə təhsili almayan gənclər üçün “Gənc təssərüfatçılar” məktəbinin təsis edilməsi dövlət gənclər siyasətinin Gədəbəydəki uğurlu nəticələri kimi qiymətləndirilir.
Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin heç bir problemi diqqətdən kənarda qalmır. Veteranlar, ağsaqqallar, ziyalılar rayonun ictimai həyatının fəal iştirakçılarıdırlar. Onları bu mövqeyə icra hakimiyyətinin başçısı Ramiz Yediyarov qayğısı, hörməti və ehtiramı ilə gətirib.
Rayondan kənarda yaşayan Gədəbəy ziyalıları, elm və iş adamları indi bütün tədbirlərin iştirakçısı olurlar. Tanınmış, xalq və dövlət qarşısında daha böyük xidmətləri olan insanların yubileylərini, dünyasını dəyişənlərin xatirə gecələrini keçirmək Gədəbəydə ənənə halını alıb.
Həmsöhbət olduğumuz hər bir Gədəbəy sakinindən eşitdiyimiz bu obyektiv fikirləri oxucuların diqqətinə çatdırmağı borc bildik. Həm də onların müxtəlif informasiya vasitələrində gedən həqiqətdən uzaq qarayaxma yazılarla əlaəqdar iradlarını qəbul etdik. Onlar yekdiliklə bildirdilər ki, üsyana çağırış dövlət əleyhinə yönələn bir hərəkətdir, düşmənçilik toxumu səpməkdir, həqiqəti danmaqdır. Gədəbəydə bütün qüvvələr yalnız inkişafa, həyat səviyyəsinin daha da yaxşılaşmasına, əmək ehtiyatlarını yeni-yeni istehsal sahələri açmaqla işə salmağa yönəlib. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Gədəbəyi, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya son nöqtəni qoyuruq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.


Gədəbəy: inkişaf və quruculuq dövrü
Gədəbəy: inkişaf və quruculuq dövrü
Gədəbəy: inkişaf və quruculuq dövrü
Gədəbəy: inkişaf və quruculuq dövrü
Gədəbəy: inkişaf və quruculuq dövrü
Gədəbəy: inkişaf və quruculuq dövrü
Gədəbəy: inkişaf və quruculuq dövrüБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər