Təhsil Nazirliyi Qarabağda tikilən məktəblərlə bağlı məlumat yayıb

Təhsil Nazirliyi Qarabağda tikilən məktəblərlə bağlı məlumat yayıb


Təhsil Nazirliyi işğaldan azad olunan ərazilərdə məktəb tikintisi ilə bağlı məlumat yayıb.

Report məlumatına görə, Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir.

Qeyd olunub ki, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağalı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur.

Bundan başqa, Cəbrayıl və Füzulidə 960 yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanır.

Təhsil Nazirliyi Qarabağda tikilən məktəblərlə bağlı məlumat yayıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər