Aİ Ukraynanın hərbi əməliyyatlardan sonra bərpası üçün fond yaradacaq

Aİ Ukraynanın hərbi əməliyyatlardan sonra bərpası üçün fond yaradacaq


Oxu.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yardımı davam etdirəcək, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasına kömək edəcəklər. Bu barədə Aİ-nin bəyanatında deyilir.

“Bu məqsədlə Avropa Şurası Ukrayna ilə həmrəylik uğrunda etimad fondu yaratmağa razıdır və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir”, - deyə sənəddə bildirilir.

Bundan əlavə, Aİ ölkələrinin dövlət və hökumət başçıları Avropa Komissiyasını lazımi islahatların aparılmasına kömək etmək üçün Ukraynaya texniki yardım göstərməyə davam etməyə çağırıblar.

Eyni zamanda, Aİ liderləri, zərurət yaranarsa, Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər