Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...


Ukrayna Müdafiə Nazirliyi 16 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb.

Ukrayna MN xəbər verir ki, məlumatda deyilir:

"Son sutka ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində işğalçı qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə, bəzi rayonlarda isə əks-hücuma keçməyə nail olub.

Ötən günün nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində üç təyyarə (onlardan ikisi Su-34) məhv edilib. Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki PUA və iki qanadlı raket vurulub. Hazırda əlavə məlumat dəqiqləşdirilir.

Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer hədəflərinə raket və bomba zərbələri endirməyə davam edib. İşğalçı qoşunların texnika kalonlarına və dəstələrinə 9 hava zərbəsi endirilib.

İşğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.

Düşmən müəyyən ərazilərdə geri çəkilərkən itkilər verməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin və müdafiə sahələrinin möhkəmləndirilməsinə və qorunub saxlanmasına yönəlib", - məlumatda qeyd edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər