Neftin qiyməti son 2 həftənin minimumunda

Neftin qiyməti son 2 həftənin minimumunda


Dünya birjalarında neft ucuzlaşaraq son iki həftənin ən aşağı səviyyəsinə enib.

"Brent" fyuçersləri ticarət sessiyanın əvvəlində 6 dollardan çox ucuzlaşaraq bir barel üçün 100,05 dollara enib.

ABŞ-ın Qərbi Texas (WTI) markalı xam nefti isə martın 1-dən etibarən ilk dəfə 100 dollar səviyyəsindən aşağı düşüb, 4,58 dollar və ya 4,2% ucuzlaşaraq bir barrel üçün 98,43 dollar olub. Sessiyanın əvvəlində isə qiymət 96,70 dollara qədər enib.

Hər iki markalı neft ötən gün 5%-dən çox azalıb - "Brent" 5,1%, "WTI" isə 5,8% geriləyib.

Qeyd edək ki, buna səbəb Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının təklifi aşağı endirəcəyi qorxusunu azaltması, eləcə də, Çində artan COVID-19 yoluxmalarının tələbi yavaşladacağı narahatlıqları olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər