Novruz Məmmədov: Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır

Novruz Məmmədov: Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır















“Buna bir mövqe bildirmək lazımdır axı”

Bu gün hamı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi tez-gec həll olunmalıdır, özü də danışıqlar və sülh yolu ilə.

Bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov deyib ki, aprel ayının əvvəlində baş verən hadisələr Ermənistan tərəfinin düşünülmüş və ya düşünülməmiş addımı olsa da, dünya içtimayətinin, həmsədr dövlətlərinin, müxtəlif beynəlxalq və regional təşkilatlarının diqqətini bir daha bu münaqişəyə cəlb etdi və nünümayiş etdirdi ki, bu münaqişə dondurulmuş münaqişə deyil:

“Eyni zamanda Avropada, Amerika Birləşmiş Ştatlarında, lap belə Rusiyanın özündə də helə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır, bunun həllini ortaya qoymaq üçün artıq vaxt gəlib çatıb”.

Vyanada mayın 16-da keçirilən görüşə fikir bildirərkən, Novruz Məmmədov deyib ki, Azərbaycanın istədiyi yalnız münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasıdır:

“Bunun üçün də, biz doğurdan da danışıqlara və sülh yolluna üstünlük veririk”.

N.Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Vyana görüşündən sonra səlahiyyətlərinin artırılmasını şərh edərkən həmçinin qeyd etdi ki, Azərbaycan bunula bağlı rəsmi mövqe bildirib:

“Burada əsas ideya atəşkəs rejiminin mövkəmləndirilməsi idi. Yəni aprelin əvvələrindəki kimi və ondan sonra da Ermənistan tərəfi daim təxribatlar ilə məşğuldur. Bunların olmaması üçün bir neçə təklif irəli sürüldü, onlardan biri də ATƏT-in nümayəndəsinin monitorinq aparması üçün mandatının genişlənməsi idi. Prinsip etibarı ilə biz dedik ki, bu təklifləri həmsədr ölkələrinin təklifləri kimi qəbul edirik, yəni buna etiraz etmirik”.

N.Məmmədovun əlavə edib ki, ATƏT-in nümayəndəsinin monitorinq imkanları bu vaxta qədər də olub:

“Bizim istədiyimiz burda yalnız budur ki, monitorinq olursa olsun, etiraz etmirik, müəyyən mənada genişləndirmə imkanları varsa da, genişləndirilsin. Amma bu ədalətli olsun, bununla bağlı, baş verən hadisələrlə bağlı nümayəndə heyəti düzgün fikir bildirsin, bəyanat versin, açıq-aydın desin”.

O deyib ki, baş verən hadisələrlə bağlı dəqiq, qərəzsiz, reallığı əks etdirən mövqenin ortaya qoyulması böyük bir problemdir.

“Ermənistan tərəfi fosforlu bomba işlədir, bununla bağlı nə həmsədrlər, nə ATƏT-in nümayəndəliyi bir mövqe bildirmir, bəyəm bu normal haldır”, - deyə Məmmədov vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini həmçinin Ermənistanın sabiq baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqratyanın mətbuat konfransında Ermənistanın atom silahının olması barədə bəyanatına belə fikir bildirib:

“Buna bir mövqe bildirmək lazımdır axı. Əgər bu varsa, bu tək Azərbaycan üçün yox, region üçün geniş bir təhlükədir. Buna görə də, bizim istəyimiz budur ki, orda olan missiya ədalətli mövqe tutsun, real proseslərə qiymət versin”.

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər