Bakıda qadın "polis bölməsinin həyətində" kişini niyə bıçaqladı? - AÇIQLAMA

Bakıda qadın "polis bölməsinin həyətində" kişini niyə bıçaqladı? - AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumatda deyilir:

"Vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət olunub. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib.

Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, bundan öncəki məlumatlarda hadisənin polis bölməsinin həyətində baş verdiyir deyilirdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər