İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri baş tutub.

Əvvəlcə faciə qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi yad olunub.

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət


Giriş sözü ilə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu deyib. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan rektor bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - Xocalı soyqırımı və Milli Matəm Günü elan olunub.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Təlim-tərbiyə işləri üzrə prorektor Aidə Qasımova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsini hər bir soydaşımız üçün nümunə olmasını dilə gətiriblər.

Həmçinin Mühəndislik fakültəsinin professor-müəllim heyətindən nümayəndələr çıxışlar edərək dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunların Xocalı faciəsi kimi soyqırımları pislədiyini qeyd ediblər.

Sonda fakültə tələbələrinin poetik kompozisiyaları və Xocalı faciəsinə həsr olunan video çarx nümayiş olunub.

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət
İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət


Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilib

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət


Fevralın 23-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının (TSP) 35 məzunu üçün təşkil edilmiş buraxılış mərasimində iştirak ediblər.

ABŞ hökumətinin, USAID-in və “Ferrero Hazelnut Company” şirkətinin birgə dəstəyi ilə həyata keçirilmiş Texniki Sertifikat Proqramının məqsədi fındıqçılıq sektorunda müasir aqrotexniki qaydaları təşviq etmək və gənc liderlərin potensialını gücləndirməkdir.

“Dünya bazarında kənd təsərrüfatı sektorunun məhsuldarlığı və rəqabətliliyi müasir istehsal qaydalarının əlçatanlığından və tətbiqindən asılıdır. Dünyanın aparıcı aqronomlarının fındıqçılıq üzrə biliklərini bölüşərək və gənclərin rəqabətyönümlü bacarığını gücləndirərək aqrar sahibkarlardan ibarət yeni nəslinin bu sektorda və ümumi iqtisadiyyatda fəal iştirak etməsinə şərait yaradırıq. USAID bu yolla gəncləri dəstəkləyir və yeni iş yerləri açır”, - deyə səfir Li Litzenberqer bildirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov təlimi uğurla başa vuran tələbələri təbrik edərək, bu cür təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı çərçivəsində tələbələrə beş həftəsonu ərzində dünya səviyyəli, üzbəüz və onlayn təlimlər keçirilib, eləcə də gələcək aqronomlara əkindən məhsul yığımına qədər bütün becərmə prosesləri ilə bağlı istiqamətlər verilib. Gəncə şəhərində Aqrar Universitetin tədris binasında, eləcə də Zaqatala, Qəbələ və Quba rayonlarında həyata keçirilmiş təlim proqramının iştirakçıları fındıqçılıq sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrə, o cümlədən Zaqatala Fındıqçılıq Elmi Tədqiqat Mərkəzinə, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təlim mərkəzinə, Azərbaycan Fındıq İxracatçıları Konsorsiumunun fındıq emalı müəssisəsinə, Gilan Qəbələ Yeyinti Məhsulları ASC-nin fındıq tingliyinə, eləcə də Quba rayonunda yerləşən və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

Təlimin üç ən yaxşı iştirakçısı fındıqçılıq üzrə sertifikatla yanaşı bu il qarşıdan gələn təcrübə səfərində iştirak etmək imkanı da əldə edib. USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) və “Ferrero Hazelnut Company” şirkəti tərəfindən təşkil edilmiş fındıqçılıq sənayesi üzrə təcrübə səfərinin iştirakçıları şirkətə və onun partnyorlarına məxsus və onların idarə etdiyi fındıq istehsalı, emalı və təhsili müəssisələrinə səfər edəcəklər. USAID əlavə olaraq dörd ən yaxşı təlim iştirakçısına pul mükafatı təqdim edib.

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət
İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət


Azərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olub

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət


Fevralın 24-də ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, İsrailin səfiri Corc Dik, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatında yeni soyuducu anbarın və beş nümunəvi meyvə bağının açılış mərasimində iştirak ediblər.

USAID-in maliyyələşdirdiyi yeni soyuducu anbar və nümunəvi meyvə bağları Azərbaycanda yerli iqtisadiyyatın və kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləyəcək, eləcə də kənd yerlərində gəlirlərin artırılmasında, güclü və dayanıqlı icmaların qurulmasında mühüm rol oynayacaq.

“Bağçılıq üzrə nümayiş sahələri və soyuducu anbar Azərbaycanda rəqabət qabiliyyətli kənd təsərrüfatı sektorunun vacibliyinə olan ortaq inamımızı ifadə edir. Güclü aqrar iqtisadiyyat xalqın uzunmüddətli rifahının və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır”, - deyə səfir Li Litzenberqer bildirib.

Nümayiş sahələri İsrailin Azərbaycandakı Səfirliyinin (Beynəlxalq Əməkdaşlıq Agentliyinin (MASHAV) vasitəsilə) və USAID-in birgə dəstəyi ilə maliyyələşib.

“İsrail hökuməti kənd təsərrüfatı sahəsindəki biliyini və təcrübəsini Azərbaycanla bölüşməyə həmişə hazır olub. Bu gün biz, ABŞ hökuməti ilə əl-ələ verərək və Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edərək azərbaycanlı fermerlər üçün təlimlər keçirik və ərzaq istehsalını ən qabaqcıl və effektiv metodlarla artırmaq üçün onları müxtəlif alətlərlə təmin edirik”, - deyə səfir Corc Dik bildirib.

“2022-2023-cü tədris ilində soyuducu anbarın işə salınması və intensiv meyvə bağlarının salınması Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilmiş ən innovativ layihələrdən biridir. Bu layihələr tələbələrin daha dərin praktiki bilik əldə etməsində, eləcə də onların dayanıqlı və peşəkar kənd təsərrüfatı mütəxəssisi olmasında vacib rol oynayır,”- deyə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bildirib.

Tələbələr ADAU-nun Tədris-təcrübə təsərrüfatında yerləşən və tutumu 16 ton olan soyuducu anbarının vasitəsilə meyvə-tərəvəzin soyudulması və soyuq mühitdə saxlanılması metodlarını öyrənəcəklər. Həmçinin, onlar bu layihə çərçivəsində ekoloji məsuliyyət prinsipinə əsaslanan, iqtisadi cəhətdən səmərəli və daha məhsuldar meyvə bağlarının salınması və idarə olunması üzrə praktiki bilik əldə edəcəklər. Yeni təsərrüfat infrastrukturunun sayəsində universitet fakültələrinin potensialı gücləndiriləcək, aqronomların və fermerlərin praktiki təcrübəsi artırılacaq, eləcə də ölkənin daha məhsuldar, rəqabətqabiliyyətli və rentabelli təsərrüfat sisteminə keçidi dəstəklənəcək.

İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətİbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət
İbrahim Cəfərov: Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər