Putin və Conson arasında gərgin telefon danışığı olub

Putin və Conson arasında gərgin telefon danışığı olub


Tərəflər Ukraynadakı vəziyyəti və təhlükəsizlik təminatlarını müzakirə edərkən qarşılıqlı ittihamlar səslənib.

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Boris Consonla Ukrayna və təhlükəsizlik təminatlarını müzakirə edib

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadaxili böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri kontekstində ətraflı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, NATO Rusiyanın narahatlıqlarına "adekvat cavab vermək istəmir".

"Eyni zamanda alyansın təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd olan açıq qapı siyasətinə istinadlar arxasında gizlənib. Dövlət başçısı (Putin) bu məsələlərə əsaslı yanaşmaları qeyd edib. O, xüsusilə Kiyevin Minsk razılaşmalarına xroniki təxribat törətməsinə diqqət çəkib", - Kremlin açıqlamasında deyilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər