Bakı Neft-Energetika Kollecində kadr hazırlığı günün tələbləri səviyyəsindədir

Bakı Neft-Energetika Kollecində kadr hazırlığı günün tələbləri səviyyəsindədir








Burada peşəkar kadrların hazırlığı istiqamətində uğurlu addımlar atılır

Bakı Neft-Energetika Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.

Bakuxeber.info-nun xüsusi müxbiri bu günlərdə Bakı Neft-Energetika Kollecində olmuş, burada yeni nəslin milli və mənəvi ruhda böyüməsi üçün təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşdur. Qeyd edək ki, gənclərimizin hərtərəfli böyüməsində təhsil ocaqlarının payı az deyil. Daima öz yenilikləri və peşəkar kadrların hazırlığı istiqamətində uğurlu fəaliyyəti ilə seçilən bu təhsil müəssisəsi də məhz belələrindəndir. Biz kollecin direktoru Mehman Abduləzizov ilə həmsöhbət olduq. Mehman müəllim bildirdi ki, burada tələbələrin milli və mənəvi cəhətdən hərtərəfli böyümələri üçün bütün şərait yaradılır. Kollecdə olan bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir.
Mehman müəllim “Son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?” sualımıza belə cavab verdi: “Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər”. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq və təkmilləşdirmək, ümumdünya standartlarına yaxınlaşdırmaq üçün dərs zamanı kompüterlərdən geniş istifadə olunur. Kollecdə hərtərəfli təchizatlı “Heydər Əliyev” otağında “Heydər Əliyev məktəbi” dərslərinin keçirilməsi tələbələrin milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunmasında xüsusi əhəmiyyət kəsb edir. Kollec əldə olunan nailiyyətlərlə kifayətlənmir. Yeni tədris proqramları təhsilin ümumdünya standartlarına yaxınlaşmasına xidmət edir.

- Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır...

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Mən bir müəllim kimi bu böyük şəxsiyyətin siyasi irsindən bəhrələnməyi hər zaman özümə şərəf hesab etmişəm. Bu böyük insanla bir zamanda, onun ideyaları ilə yaşadığımla fəxr edirəm və indiyədək olduğu kimi, bundan sonra da Heydər Əliyev şəxsiyyəti mənim üçün şəksiz və danılmaz siyasi örnək olaraq qalacaqdır.

Qarayaxmalarla, böhtan, şərlə iş görməyə artıq adət etmiş bir sıra üzdəniraq qəzetlər Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovu hədəfə götürüblər. Xəbər portallarının bəzilərində rast gəlinir ki, onların məqsədi Mehman Abduləzizovun gördüyü işlərə kölgə salmaqdır. Əslində çox dəqiq yanaşmadır. Çünki bu vəzifəyə təyin olunan Mehman Abduləzizovun ən qısa müddətdə Bakı Neft-Energetika Kollecinində gördüyü böyük işlər və uğurlar göz qabağındandır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər