Taleh Qaraşov: Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı

Taleh Qaraşov: Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı


Lənkəran ŞİH başçısı Taleh Qaraşov - Hər bir dövlətin və xalqın həyatında, inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin dayanmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Eyni zamanda, dövlətin başında dayanan şəxsin apardığı siyasət, ya xalqının taleyində uğurla nəticələnir, ya da nəinki uğursuz olur, hətta dövlətçiliyi belə zərbə altına qoyur.Uzağa getmədən biz hər iki misalı Azərbaycan və Ermənistan timsalında görə bilərik. Ermənistanın ayrı-ayrı rəhbərlərinin apardıqları siyasət bu gün erməni xalqının dövlətçiliyinin gələcəyini sual altına qoyub. Bunun əksinə olaraq isə Azərbaycan Respublikası Prezident İlham Əliyevin başçılığı ilə qısa müddətdə nəinki regionun, hətta dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməyi bacarıb.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Kaliforniyalı qonaq Lənkəranda

Taleh Qaraşov: Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı


2010-cu ildə Lənkəranla qardaşlaşmış ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sakini, Monterey-Lənkəran Assosiasiyasının sədri, xanım Nensi Selfric ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva müşaiyyəti ilə növbəti dəfə Lənkərana dostluq səfərinə gəlib. Azərbaycan xalqına qarşı dərin rəğbəti ilə seçilən və hər iki ölkənin xalqları arasında mehriban dostluq və anlaşmanın möhkəmlənməsində xüsusi xidmətləri olan Nensi Selfric dekabrın 20-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı hörmətli qonağı salamlamaqdan məmnun olduğunu bildirən İcra başçısı ABŞ-Azərbaycan əlaqələrinin dinamik inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olduğundan razılıqla qarşılandığını qeyd edərək belə qarşılıqlı səfərlərin bu əlaqələrin möhkəmlənməsində əvəzsiz rolu olduğunu xüsusi vurğulayıb. Söhbət zamanı İcra başçısı hörmətli qonağa torpaqların işğaldan azad olunması ilə başa çatmış 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və pandemiya şəraitinə baxmayaraq rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər və quruculuq-abadlıq işləri barədə geniş məlumat verib. Səmimi qəbula görə İcra başçısına təşəkkürünü çatdıran Montereyli qonaq Azərbaycanda əldə olunan nailiyyətlərin uğurla həyata keçirilən siyasətin bəhrəsi olduğunu və hər dəfə səfərə gələrkən çoxlu yeniliklər gördüyünü və bu yeniliklərə ürəkdən sevindiyini dilə gətirib. O, Azərbaycanda baş verən hadisələri, xüsusilə 44 günlük Vətən müharibəsinin gedişatını diqqətlə izlədiklərini, şəhər və kəndlərin işğaldan azad olunması barədə informasiyaları sevinc hissi ilə qarşıladıqlarını və çoxlu qurbanların olmasına baxmayaraq bu tarixi qələbəni Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirdiklərini qeyd edərək şəhidlərin ruhuna rəhmət diləyib. Görüşün sonunda qonağa Lənkəran rayonunda istehsal olunan “Qarabağ” çay kolleksiyası hədiyyə olunub.
Qəbuldan sonra xanım Nensi Selfric Lənkəran şəhərinin görməli yerlərinə, Tarix diyarşünaslıq müzeyinə, Əsgər Əliyev adına parkına, Həzi Aslanov parklarına və abidəsinə, Qala xiyabanına baş çəkib, yeniliklərlə yerindəcə tanış olub. Montereyli qonaq səfər proqramı çərçivəsində Lənkəran Şəhidlər Xatirə Abidə Kompleksini, Azərbaycanlıların soyqırımı parkındakı “Ana” abidəsini ziyarət edib önlərinə tər çiçəklər düzüb. Sonra o, Lənkəran Dövlət Universitetində olub rektor, müəllim və tələbələrlə görüşüb Monterey Yarımada Kolleci ilə tələbə-müəllim mübadiləsi məsələlərini müzakirə edib. Qonaq eyni zamanda xalçaçılıq müəssisəsində, karamel fabrikində, hallobonq sitrus bağında və “Yaşıl çay” fermer təsərrüfatlarında olub görülən işlərlə tanış olub.

Taleh Qaraşov: Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdıTaleh Qaraşov: Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər