Sabah Bakıda intensiv qar yağacaq

Sabah Bakıda intensiv qar yağacaq


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər