Bakıdan sülhməramlılarla bağlı Kremlə incə mesaj - əqrəblər son dəfə tutuşdurulur

Bakıdan sülhməramlılarla bağlı Kremlə incə mesaj - əqrəblər son dəfə tutuşdurulur


İrəvan indiki “pisə” razı olmasa, sonra daha “pisini” götürməli olacaq; Azərbaycan müdafiə nazirinin axırıncı ismarışını Xankəndi erməniləri də düz “oxumalıdır”...

Azərbaycan Vətən müharibəsindən sonra hücum diplomatiyasını və sürətli, modern ordu quruculuğunu davam etdirir. Bu da məntiqlidir. Çünki işğalçı ordusu darmadağın edilsə də, Ermənistan sülh sazişini yaxına buraxmır. “Status”, “öz müqəddəratı təyinetmə” iddiaları və bəhanələri ilə ölkəmizə qarşı ərazi iddiasından əl çəkmir.

Belə vəziyyətdə həlledici sözü əlbəttə ki, dövlətimizin qüdrəti, onun əzici hərbi-iqtisadi gücü və diplomatik həmlələri deyəcək. Bir də gündən-günə güclənən Azərbaycan-Türkiyə hərbi-siyasi tandemi. Bunu İrəvan da, onun gizli-açıq havadarları da gərək ki, yaxşı bilir.

Odur ki, Ermənistan Azərbaycanla nə silahlanma yarışında, nə də iqtisadi sferada heç vaxt ayaqlaşa bilməyəcəyini qəbul edib, nəhayət, barışıq yolu tutsa, ilk növbədə miskin durumda olan öz xalqına yaxşılıq eləmiş olar. Daha bir səbəbə: hazırkı şərtlər və blokada rejimi qaldıqca Ermənistan aydan-aya daha acınacaqlı duruma düşəcək və zəifləyəcək, Azərbaycan isə güclənəcək. O cümlədən də hərbi sahədə.

*****

“Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək. Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı təxribata dərhal adekvat cavab verilir”.

Bakıdan sülhməramlılarla bağlı Kremlə incə mesaj - əqrəblər son dəfə tutuşdurulur


Bunu dünən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Diqqət edildi yəqin ki, Azərbaycanın hərb naziri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərin də daim nəzarət altında olduğunu bildirir. Necə, hansı vasitələrlə? Bunu açıqlamağa lüzum yox. Ən əsası, bu, sülhməramlıların bölgəyə guya əbədilik gəldiyini xəyal və iddia edənlərə çox aydın bir mesaj, xəbərdarlıqdır. Həmçinin Qarabağa tam nəzarətin uzaqda olmadığının anonsu olmaqla, anklavdakı erməniləri seçim üçün tələsməyə çağırışdır.

Bakıdan sülhməramlılarla bağlı Kremlə incə mesaj - əqrəblər son dəfə tutuşdurulur


Başqa sözlə, oradakı azsaylı erməni əhalinin tək varlıq və təhlükəsizlik qarantı Rusiya sülhməramlı kontingenti yox, məhz Azərbaycan dövləti ola bilər. Əks halda, Bakı orada rus hərbçilərinin arxasında yeni bir separatçılıq ocağının yaranmasına heç vaxt imkan verməyəcək. Zakir Həsənovun son açıqlaması həm də bunun mesajı sayılmalıdır.

Bu mesaj son vaxtlar Moskvanın Qarabağda süni şəkildə, əsasən qarışıq ailələrdın ibarət “rus icması” yaradıb onun üzvlərinə Rusiya pasportları verəcəyi ilə bağlı yayılan iddialar fonunda xüsusi aktuallıq kəsb edir.

Sözsüz ki, Bakının mesajları öz ünvanlarına dərhal çatacaq. Qalır İrəvanın, konkret olaraq, Nikol Paşinyanın və hökumətinin, eləcə də Qarabağda ilişib qalan separatçı tör-töküntülərin və onların havadarlarının, ermənipərəst çevrələrin bundan düzgün nəticə çıxarması, ismarışları düzgün oxumaları...

*****

Bakıdan sülhməramlılarla bağlı Kremlə incə mesaj - əqrəblər son dəfə tutuşdurulur


Bu arada İrəvanla Moskva arasında rəsmi təmaslar intensivləşib. Belə ki, dünən Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüşdə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak ediblər. Tərəflər bölgədə nəqliyyat kommunikasiyalarının bərpası perspektivi və Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyətini müzakirə ediblər.

Yada salaq ki, Overçuk və Qriqoryan Üçtərəfli İşçi Qrupun Rusiya və Ermənistan tərəfdən həmsədrləridir (Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev təmsil edir). Overçuk ötən həftə Bakıda Prezident İlham Əliyevin qəbulunda olmuşdu. Onun İrəvan səfəri öncəsi isə erməni mediası Əliyevlə Paşinyan arasında Moskvada daha bir üçtərəfli görüş keçiriləcəyi barədə xəbər yayıb.

Hələlik bu xəbər rəsmən təsdiqlənməyib. Lakin təkzib də edilməyib. Demək, belə bir görüş istisna deyil və o, heç də “quş qoymaq” xətrinə olmayacaq. Böyük ehtimalla, daha çox Soçi və Brüssel görüşlərinin davamı, ilin son akkordu olacaq və ya saat əqrəblərinin axırıncı dəfə tutuşdurulması məqsədi daşıyacaq.

*****

Baş tutacağı təqdirdə Azərbaycan Prezidenti bu görüşə Brüssel danışıqlarının uğurlu yekunundan sonra əli və mövqeyi xeyli gücləndirilmiş şəkildə gedəcək. Bakının arsenalında isə İrəvana və onun xarici dəstəkçilərinə digər ehtiyat təzyiq rıçaqları da var. Onlardan biri “simmetrik status” məsələsi ola bilər.

Məlumdur ki, indiki Ermənistanın ərazisindən ötən əsrin 80-ci illərində qovulan qərbi azərbaycanlılar sayca (250 min) “Dağlıq Qarabağ” ermənilərindən iki dəfədən çox, kompakt yaşadıqları ərazi isə keçmiş DQMV-dən böyük olub. Yəni əgər hanısa status söhbəti olacaqsa, bu, yalnız simmetrik ola bilər.

Yaxud Cümhuriyyətin hüquqi varisi - indiki Azərbaycan Respublikası sülh müqaviləsindən yayınan Ermənistana qarşı rəsmən ərazi iddiası qaldırıla bilər. Necə?

“Ermənistanın bugünkü mövqeyi belədir ki, hərbi məğlubiyyətə baxmayaraq, ölkəmizə qarşı ərazi iddiasını de-fakto davam etdirir. Bu, İrəvanın Qarabağ mövzusuna yanaşmasında açıq-aydın görünür. Hətta ərazi bütövlüyümüzün tanınması mümkünlüyü ilə bağlı Paşinyan bəyan edir ki, bu, ”artsax"a münasibətə aid deyil".

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov belə deyib (Axar.az). Onun sözlərinə görə, İrəvanın bu cür mövqeyi bizə “simmetrik siyasət” tətbiq etməyə imkan verir: “Məsələn, Zəngəzur və digər rayonların Ermənistana bolşeviklər tərəfindən qanunsuz verilməsi siyasətini həyata keçirə bilərik. Praktikada bu siyasəti necə tətbiq edəcəyik:

- məsələyə Azərbaycan Milli Məclisi baxacaq;

- Ermənistan parlamentinə tarixi ədaləti bərpa etmək üçün müzakirə aparılması tələbi ilə müraciət qəbul ediləcək;

- Azərbaycan dövlətinin tərkibinə qaytarılması üçün bu ərazilərə xüsusi status təklif ediləcək ki, iki xalqın nümayəndələrinin sülhlə yaşaması təmin edilsin;

- o ərazilərdəki ölkəmizin tərkibində yaşamaq istəməyən şəxslərə kompensasiya ödənilməsinə təminat veriləcək".

Politoloq qeyd edib ki, bu göstərilənlər tarixi ədalətin bərpası mövzusunun regionda münaqişədən sonrakı nizamlanmanın siyasi gündəliyinə daxil edilməsini təmin edəcək.

Necə deyərlər, İrəvan hazırkı “pisə” razı olmasa, sonra daha “pisini” götürməli olacaq...

Mənbə: “Yeni Müsavat”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər