Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi


Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnamə qəbul ediblər.
Xarici KİV xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat isə bitərəf qalıb.

Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Aİ-dəki bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.

Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur ki, bu da rus şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər