Daşkəsənli məktəblilər təltif olunublar

Daşkəsənli məktəblilər təltif olunublar


Cari ilin noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından, o cümlədən Daşkəsəndən fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Dövlət Komitəsi tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olan, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edib. Forumda həmçinin şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilib.
Daşkəsən rayonunu Uşaqların V Ümumrespublika Forumunda Daşkəsən şəhər İ.Nəsimi adın 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri Hüseynova Dinara Zaur qızı, Verdiyev Hüseyn Bəhman oğlu və Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbin 8-ci sinif şagirdi Vətən Müharibəsi şəhidi Pərviz Ələsgərovun oğlu Eşqin Ələsgərov uğurla təmsil ediblər və buna görə də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sertifikatlarına layiq görülüblər.
Sertifikatları Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri Elmar Əliyev, Elxan Hüseynzadə və Orxan Həsənov təqdim edib məktəblilərə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təbriklərini çatdıraraq uğurlarının davamlı olmasını arzulayıblar.


Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini


Daşkəsənli məktəblilər təltif olunublarDaşkəsənli məktəblilər təltif olunublarБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər