İlham Əliyev: "Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur"

İlham Əliyev: "Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur"


"Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, - dövlət başçısı bildirib.

Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər