Fuad Hacıyev: Prezident İlham Əliyev müdrikliyini, qətiyyətini, Azərbaycanın milli maraqlarının onun üçün əsas məsələ olduğunu dünyaya bir daha nümayiş etdirdi

Fuad Hacıyev: Prezident İlham Əliyev müdrikliyini, qətiyyətini, Azərbaycanın milli maraqlarının onun üçün əsas məsələ olduğunu dünyaya bir daha nümayiş etdirdi


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Vətən müharibəsinin bitməsindən bir ilə yaxın bir müddət keçməsinə baxmayaraq tərəflər arasında hələ də müəyyən məsələlərin həlli prosesində anlaşılmazlıqlar mövcuddur. Bütün bunlar Ermənistan tərəfinin məğlubiyyəti qəbullanmaması, imzalanan müqavilənin bəndlərinin həyata keçirilməsində problemlər yaratması və ən əsası revanş fikirləri, tez- tez bu istiqamətdə baş verən insidentlərlə əlaqədardır. Keçən bir il ərzində Azərbaycan tərəfi bu məsələlərin həlli istiqamətində qarşı tərəfi dəfələrlə kompromisə çağırsa da buna nail ola bilməmişdir. Yaxın günlərdə Kəlbəcər istiqamətində Ermənistan tərəfinin yenidən insidentə cəhd etməsi hər iki tərəfdən itkilərə səbəb olmuşdur. Azərbaycan tərəfi hər zaman danışıqlara hazır olduğunu bəyan etmişdir. İki tərəf arasında münasibətlərin tənzimlənməsi prosesində həlledici rolu Rusiya oynuyur. Rusiyanın vasitəçiliyi ilə 26 noyabr tarixində üçtərəfli Soçi görüşü baş tutdu. Bu görüş Azərbaycan tərəfinin yeni üstünlüklər əldə etməsinə imkan yaratdı. Görüş bir daha sübut etdi ki, artıq Rusiya illərdir bəslədiyi, lakin hər imkanda öz mənafeyini fikirləşən Ermənistanı xilas etmək missiyasını kənara qoyaraq Azərbaycanla arasındakı qarşılıqlı etimad və dostluğa əsaslanan mövqe sərgiləyəcək. Ümumiyyətlə, II Qarabağ müharibəsindən sonra Rusiya ilə Azərbaycan arasındakı münasibətlər artıq yeni xarakter almış və tərəflər məsələnin həlli istiqamətində birgə fikir formalaşdırmışdır. Bu Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə olan şəxsi hörməti ilə də əlaqədardır. Ermənistan baş naziri Paşinyanın aciz və cılız davranışları artıq tək Ermənistan xalqının yox dünya liderlərinin də qıcığına səbəb olur.

Görüş zamanı müharibənin bitişindən bu günə qədər ən çox mübahisə doğuran Zəngəzur dəhlizi məsələsi əsas müzakirə məsələlərindən biri olub. Bu məsələnin artıq Azərbaycanın xeyrinə həllini tapdığı bildirilib. 16 Noyabrda Ermənistan tərəfinin törətdiyi təxribat danışıqların lənginə hesablanmış addım olduğu bildirilmişdir, lakin Azərbaycan tərəfi bu təxribatın da qarşısını uğurla almışdır.

Görüşdə eyni zamanda Ermənistan tərəfinin sabotaj xarakterli addımlar ataraq Qərbi prosesə cəlb etmək cəhdləri də nəzərdən keçirilib, lakin istənilən halda Azərbaycan tərəfi qalib tərəfdir və qarşı tərəfin hərəkətləri ucuz çırpınışladan başqa birşey deyil.

Soçi görüşündə Azərbaycan tərəfi Rusiya ilə iqtisadi və mədəni tərəfdaşlıq məsələsində, eyni zamanda gündəmin əsas məsələsi olan Qarabağ məsələsinin həlli istiqamətində irəliləyişlərə nail olmuşdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər