Manat dəyər itirə və ya möhkəmlənə bilərmi? - Deputatdan açıqlama

Manat dəyər itirə və ya möhkəmlənə bilərmi? - Deputatdan açıqlama


"Mərkəzi Bank neftin dünya bazar qiymətinin yüksək olmasının manatın məzənnəsinin potensial möhkəmlənməsi istiqamətində təsir yaratdığını bildirir. Bu ölkəyə daxil olan valyutanın həcminin artması ilə əlaqələndirilir. Baş Bankda bəyan edilib ki, manatın məzənnəsinin möhkəmlənməsinə əhəmiyyətli təzyiq var və bu da Azərbaycanın iqtisadi siyasətinə uyğun deyil".

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar bayramov deyib. O bildirib ki, bununla yanaşı, neftin qiymətində artımlar davam etsə də, manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil. Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görünmür. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də, milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil:

"Bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir".

Millət vəkili qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunurdu: "Nəticə etibarilə region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır".

"Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə deputat əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər