Azərbaycan Texiniki Universiteti təhsilimizin inkişafında böyük uğuru

Azərbaycan Texiniki Universiteti təhsilimizin inkişafında böyük uğuru









Həsənov Fazil Abduləzim oğlu 1945-ci il fevral ayının 25-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində qulluqcu ailəsində anadan olmuşdur. 1951-ci ildə Səməd Vurğun adına Qazax şəhər 2 saylı orta məktəbinə getmişdir. 1961-ci ildə orta məktəbi bitirərək Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olub. 1966-cı ildə həmin İnstitutu bitirərək mühəndis-mexanik ixtisasına layiq görülmüşdür. 1967-cı ildə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra avtonəqliyyat trestində mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir.

1970-ci ildən Azərbaycan Texniki Universitetinin “Materiallar müqaviməti” kafedrasında assistent, baş müəllim, 1986-cı ildən isə dosent vəzifəsində işləyir. 1985-ci ildə namizədlik disstersaiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1977-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Qırmızı Əmək Bayrağı Ordeni ilə, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

F.Həsənov 2001-ci ildən “Nəqliyyat fakültəsinin dekanıdır.

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri kimi müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir. Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyəli mütəxəssis və elmi kadrlar hazırlanır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Əsası 1920-ci ildə qoyulmuş Azərbaycan Texniki Universiteti yalnız Azərbaycanda deyil, beynəlxalq sferada da nüfuz qazanmış ali məktəblərdən biridir. Universitetdə müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak edir. Dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə edən Universitetimiz Beynəlxalq təhsil sistemində müşahidə olunan yeniliklərə qoşularaq, öz fəaliyyətindətəhsilin müasir metod və formalarından istifadə etməyə başlamışdır. Bu mərhələdə dünyanın aparıcı ölkələrinin universitetləri ilə sıx əməkdaşlıq və onların iş təcrübəsinin Universitetimizdə çoxpilləli təhsil sisteminin həyata keçirilməsində əlavə imkan yaratmışdır.
Azərbaycan Texniki Universitetinin əsas fakültələrindən biri də Nəqliyyat fakültəsidir. 1950-ci ildə AzPİ-nin sərbəst institut kimi fəaliyyətə başladığı zaman bu fakültə «Mexanika» adlanırdı. Sonralar fakültənin adı ardıcıl olaraq avtonəqliyyat, nəqliyyat, avtomexanika və dəmir yolu nəqliyyatı kimi dəyişdirilmiş, nəhayət iyul 2001-ci ildən «Nəqliyyat» adlanır.

Müasir dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, əhalisinə, təbii resurslarına deyil, məhz intellektual potensiallarına istinad edirlər. Bu reallıq fonunda Azərbaycanda innovasiya təfəkkürünə malik olan, cəmiyyətin, dövlətin daha intensiv inkişafına kömək edən kreativ və ixtisaslı kadrların yetişdirilməsi ali məktəblər qarşısında ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycanın qazandığı böyük iqtisadi nailiyyətləri qabarıq hiss edən Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti də ölkədə elmin, təhsilin inkişafı naminə bütün imkanlarını səfərbər edir, dövlət başçısının alimlər qarşısında müəyyənləşdirdiyi vəzifələri gerçəkləşdirməyə çalışır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər