Mahir müəllim: Azərbaycan xalqı hər an öz Prezidentinin yanındadır

Mahir müəllim: Azərbaycan xalqı hər an öz Prezidentinin yanındadır


İş adamı Mahir müəllim - 2003-cü il 15 oktyabr Azərbaycan xalqının tarixində müasir dövrün yeni liderinin fəaliyyətinin başlanğıcı oldu. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verdi. Beləliklə, xalq layiqli prezidentini seçərək öz gələcək taleyini haqlı olaraq ona həvalə etdi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın içində yaşadı və bu gün də bu belədir. Dövlətin ərazi bütövlüyü, sərhədlərin bərpası, iqtisadiyyatın inkişafı, elm və texnologiyanın tərəqqisi, ordunun güclənməsi, xalqın həyat rifahının yaxşılaşdırılması və s. dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur.

2003 və 2021-ci illər. Çox uzun bir müddətdir. Bu müddət ərzində görülən işlər və nəticələr göz qabağındadır. Azərbaycan dünyanın hər yeridə tanınır və sayılır. Dövlətimiz müasir dünya təlabatlarına uyğun inkişaf yolunu davam etdirir. Müasir texnologiya, elmi yanaşmaların inkişafının nəticəsini bu gün biz öz həyatımızda yaşayırıq. Dövlətimizin ordu quruculuğu uğurlu nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Qazandığımız uğurların arxasında ən başlıca amil dövlət başçısı cənab İlham Əliyevin xalqına sonsuz sevgisi, etibarı və inamıdır. Eləcə də xalq öz layiqli rəhbərini sevir, hörmət edir və ona inanır. Hakimiyyətə gəldiyi ilk gündən xalqın içində olub onun problemlərini öz gözləri ilə görən rəhbərimiz bu problemlərin həllini sivil qaydada həll edir və etməkdədir. Dövlətin tutduğu düzgün siyasi mövqe onun rəhbərinin şəxsi vətənpərvərlik tərbiyəsi bötöv Azərbaycan xalqının milli- mənəvi dəyərlərə, vətənə, xalqa və dövlətə sevgisinə səbəb olmuşdur. Məhz buna görə də 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlananda xalq öz liderinin ətrafında birləşdi, onun əmr və göstərişlərinə canları ilə cavab verdilər. Əlbətdə ki, hər bir dövlətin rəhbəri var və onu idarə edir. Amma hər bir dövləti idarə edən az rəhbər öz xalqı tərəfindən İlham Əliyev kimi sevilə bilər. 2003-cü ildə öz prezidentini seçən xalq müdrik addım atmışdır. Bu gün prezidentimiz qalib xalqın rəhbəri olaraq dövlətimizi daha da inkişaf etdirmək, onun sərhədlərini əbədi olaraq möhkəmlətmək üçün gecə-gündüz çalışır. Azərbaycan xalqı isə hər an öz Prezidentinin yanındadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər