Marif Niyazov: Azərbaycanın dəmir yolu infrastrukturu öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Marif Niyazov: Azərbaycanın dəmir yolu infrastrukturu öz inkişafının yeni mərhələsinə qədəm qoyub










Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.

Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Nazirlik ölkədə avtomobillərin sayının artmasının üstünlüklərindən maksimum istifadə etməklə yanaşı, onun cəmiyyət üçün mənfi nəticələrini məhdudlaşdırmağa yönəldilmiş sistemli tədbirlər də görür. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi, nəqliyyat infrastrukturunun ona uyğun yenidən qurulmasını, Azərbaycanın tranzit ölkəsi kimi mövcud imkanlarından tam istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətədavamlılığının artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını təmin edir.

Dəmiryolçuların sosial rifah halının yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüşdür. Yol rəhbərliyi və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi birgə səyi ilə son illər ərzində dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirilib.

Bu nəqliyyat Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruri edir. Bununla əlaqədar olaraq indiyədək bir sıra işlər həyata keçirilib. Ötən ilin dekabrında Prezident İlham Əliyev “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın icrası Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirəcək, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Sonda əminliklə qeyd etmək istərdim ki, dəmiryolçular əldə olunan uğurları bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq..


Keşlə Yükboşaltma Həyətinin rəisi Marif Niyazov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər