Narkotik alveri edən daha 13 nəfər saxlanılıb

Narkotik alveri edən daha 13 nəfər saxlanılıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - E. Nəsirov, C. Rzazadə, F. Hadıyev, X. Qubadov, C. Nəcəfov, Ş. Hüseynov, Ə. Əliyev, R. Musayev, İ. Həsənov, R. Bağırov, X. Qasımov, Ş. Əzimov və qardaşı F. Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər