Tahir Budaqovun kadrının adı borc qalmaqalında

Tahir Budaqovun kadrının adı borc qalmaqalında














Salyan rayon Statistika İdarəsinin müdiri Nicat Əsgərov ƏSMM-də işləyərkən hansı işlərlə məşğul olub? Dövlət Statistika Komitəsinin və yerlərdəki idarələrinin fəaliyyəti barədə ölkə mətbuatında bu vaxta kimi demək olar ki, heç bir tənqidi material dərc olunmayıb. Bu, sözügedən qurumun müsbət fəaliyyəti, yaxud digər amillərlə bağlı deyil. Sadəcə bu komitə elə bir fəaliyyətlə məşğul olur ki, gərək uzun müddət araşdırma aparıb onların hansı qanun pozuntularına imza atdığını aşkara çıxarasan. Məlumat üçün qısaca bildirmək istəyirik ki, Dövlət Statistika Komitəsi statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir. Bakuxeber.info-nun araşdırmaları nəticəsində məlum olub ki, komitənin yerlərdə fəaliyyət göstərən bəzi idarələrində qurumun əsasnaməsində təsdiq olunmuş məsələlər lazımi səviyyədə icra olunmur. Məlumatlı mənbənin bildirdiyinə əsasən, Salyan rayon Statistika İdarəsində baş alıb gedən özbaşınalıqlar komitənin nüfuzuna ciddi xələl gətirir: «İdarənin müdiri Nicat Əsgərov Dövlət Statistika Komitəsinin sədri hörmətli Tahir Budaqovun ona tapşırdığı işlərin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarmır. Belə ki, rayonun illik statistik işlər proqramı tələb olunan şəkildə işlənib komitəyə göndərilmir. Statistik işlər proqramının yerinə yetirilməsinə dair illik hesabatda ciddi nöqsanlar mövcuddur. Rayonda hansı idarə və müəssisənin rəhbəri Nicat Əsgərova yaxındırsa, həmin qurumlarla bağlı müsbət statistika hazırlanır. İdarə müdirinin kiminlə prinsipi, yaxud problemi varsa, həmin müəssisə barədə yuxarılara qaneedici olmayan statistika göndərir». Əldə etdiyimiz məlumatlara görə, Nicat Əsgərovun adı bir müddət əvvəl borc qalmaqalında hallandırılıb. Belə ki, Salyan rayon ƏSMM-də məsləhətçi vəzifəsində işləmiş Fatmaxanım Qasımova mətbuata müraciətində Salyan rayon Statistika İdarəsinin müdiri Nicat Əsgərovun ona 367 min manat məbləğində borcu olduğunu söyləyib. Şikayətçinin ƏSMM-də çalışdığı dövrdə Nicat Əsgərov da həmin mərkəzdə ünvanlı sosial yardım sektorunun müdiri vəzifəsində işləyib. Elə təqdim olunan açıqlamalar da Nicat Əsgərovun bu vəzifədə törətdiyi qanun pozuntuları barədədir. Vətəndaş bildirib ki, sektor müdiri ünvanlı sosial yardım alan vətəndaşlarla 50-nin 50-yə prinsipi ilə razılığa gəlirmiş: «Yəni dövlət tərəfindən ayrılan yardımın ilk altı ay ərzində plastik karta köçürülən hissəsini Nicat Əsgərov götürürdü. Yalnız bundan sonra kart əsl sahibinə təslim edilirdi. Lakin məsələnin ən maraqlı hissəsi bu da deyil. Sektor müdiri bu yardımların “öz payına düşən” hissəsini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki havadarı ilə və yenə də 50-nin 50-yə prinsipi əsasında bölüşürdü. Amma nazirlikdəki məmurun şərtləri bir qədər fərqli idi. Daha dəqiq desək, Nicat Əsgərov plastik kartları yuxarı instansiyadan təhvil almaq üçün bu kartlara ilk üç ay ərzində yüklənəcək məbləğlərin cəmini bir dəfəyə, toplam şəkildə öz havadarına verməli idi. Bu isə bir il ərzində verilən bütün kartlara görə 200-300 min manat təşkil edirdi. Bax elə bu zaman da Nicat Əsgərov borc almaq üçün mənə müraciət edib. Beləliklə də, son əməliyyatlar vaxtı sektor müdirinin mənə yaranmış ümumi borcu 417 min manat olub». Bir müddət keçdikdən sonra, F.Qasımova artıq bu pulu geri almaq üçün hüquq-mühafizə orqanlarına müraciət etməli olub. 50 min manatı geri ala bilib. Amma qalan məbləğ bu günə kimi sahibinə qaytarılmayıb. İddialara görə, idarə müdiri bəzi əlaqələrindən istifadə edərək borclu olduğu xanıma hədə-qorxu gəlir, şikayət edəcəyi təqdirdə onu həbs etdirəcəyi ilə hədələyir. Yaxşı olardı ki, komitə sədri Tahir Budaqov cənabları Salyandakı kadrının fəaliyyətini ciddi nəzarətə götürsün və onunla bağlı yayılan məlumatları araşdırsın. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər