Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür

Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür











Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür

Azərbaycan öz iqlim şəraitinin zənginliyinə görə dünyanın bir çox ölkələrilə rəqabət apara bilər. Doqquz iqlim qurşağından yeddisinə malik Vətənimiz, saysız təbii sərvətlərilə yanaşı, həm də füsunkar təbiətə malikdir. Vaxtilə Herodot, Strabon, Ptolomey kimi antik müəlliflər belə öz əsərlərində Azərbaycan haqqında məlumat verərək onun təbiəti, coğrafi vəziyyətinə diqqət çəkiblər. Daha sonra iranlı alim Rəşidəddin Fəzlullah, Məhəmməd Naxçıvani öz qeydlərində bu unikal Qafqaz ölkəsinin zəngin fauna və florasından yazıb.

Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür. Meşələr təbiətin ayrılmaz hissəsi olub, təbii tarazlığın qorunmasında bir çox funksiyaları yerinə yetirir. Meşələr, bir növ, təbiətin tənzimləyicisidir və başqa heç bir nəsnə onu bu rolda əvəz edə bilməz. O, əsasən rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun verilməsini tənzimləyir, onu nisbətən tarazlaşdırır. Dağlıq rayonlarda isə meşələrin əhəmiyyəti daha böyükdür. Belə ki, dağlıq ərazilərdə meşə örtüyü torpaq sürüşməsi və dağ uçqunları kimi təbii fəlakətlərin qarşısını alır, bu fəlakətin vuracağı zərəri minimuma endirir.

Azərbaycan Respublikasının 8,6 min hektarlıq ərazisinin 1,214 min hektarını meşə fondunun torpaqları təşkil edir. Meşələrimizin 95%-i dağlıq və dağətəyi sahələrdə, qalan 5%-i isə əsasən su vadilərində, düzənlik ərazilərdə yerləşir. Meşələrimiz yayıldığı əraziyə görə sırf qoruyucu funksiyaları yerinə yetirdiyindən birinci qrup meşələrə aid edilir. Meşələrin qorunub mühafizə edilməsi və yeni meşə zolaqlarının salınması istiqamətində son illər ölkədə xeyli məqsədyönlü iş aparılıb. Bu gün regionlarda infrastrukturun inkişafı ilə bağlı hazırlanan, demək olar ki, bütün dövlət proqramlarında meşələrin bərpası və inkişafı ilə bağlı müddəalar öncül yerlərdən birini tutur.

«Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram»ın tələblərinə uyğun olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur.

Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.

Qusar rayon meşə idarəsinin rəisi Əkrəm
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər