Salyanda dələduz “polislər” tutuldu

Salyanda dələduz “polislər” tutuldu
















Əməliyyat aparılıb

Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat alıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər