Тacikistan “rus” soyadlarının qadağan olunmasını təkzib etdi

Тacikistan “rus” soyadlarının qadağan olunmasını təkzib etdi















“On ildən sonra bizim uşaqlarımız iki qrupa bölünəcəklər”

Tacikistan hakimiyyəti rus sonluqları ilə olan soyad və ata adlarına ölkədə qanunvericiliklə qadağa qoyulması haqqında KİV-də yayılan xəbəri təkzib edib.

Bu barədə “İnterfaks” xəbər verir.

Ədliyyə Nazirliyi yanında vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin müdir müavini Cəloliddin Rəhimovun sözlərinə görə, məsələ daha çox tövsiyyə xarakterlidir.

O, qeyd edib ki, uşağın soyadı doğumun dövlət qeydiyyatı zamanı atanın, yaxud ananın soyadına müvafiq yazılır.

“Beləliklə, əgər valideynlərin soyadı, məsələn, “ov”, “ev” – Petrov, Kərimov – ilə bitirsə, onlar övladlarına bu soyadı vermək hüququna malikdirlər.

Kərimov vurğulayıb ki, öz övladlarının soyadlarında “ov”, “ova”, “oviç”, “ovna” kimi sonluqları saxlamaq istəyən insanlarla izahedici söhbələr aparılır. Bu vətəndaşlara yeni qaydaların – “soyadların tacikləşdirilməsi”nin məqsədi izah olunur.

“Əgər vəziyyət dəyişməsə, on ildən sonra bizim uşaqlarımız iki qrupa bölünəcəklər, bir qrup tacik, digəri isə yad adlar daşıyacaq. Biz milli və vətənpərvərlik hisslərinə malik olub, inkişaf etdirməliyik”, - deyə məmur izah edib.

Xatırladaq ki, “RİA Novosti” daha öncə elə həmin Rəhimova istinadən xəbər vermişdi ki, yeni doğulan uşaqların sənədlərinə bundan sonra soyad və adları yeni qaydalarla – tacik sonluqları ilə yazılacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər