Hələbdə qızğın döyüşlər: Çoxlu sayda ölən var

Hələbdə qızğın döyüşlər: Çoxlu sayda ölən var















Hava zərbələri barədə məlumatlar daxil olur

Hələb şəhərində gedən döyüşlər son bir neçə gün ərzində daha da şiddətlənib, dinc əhali arasında çoxlu sayda ölənlərin olduğu bildirilir.

Bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə idarəsinə Hələb şəhərində və onun ətrafında bütün münaqişə tərəfləri arasında son günlər döyüş əməliyyatlarının aktivləşdirilməsi barədə məlumatlar daxil olub. Dinc əhali arasında çoxlu sayda qurbanların olmasına səbəb olan hava zərbələri, şiddətli toqquşmaların baş verdiyi barədə məlumatlar daxil olur”, - deyə o bildirib.

Döyüş əməliyyatları nəticəsində mülki infrastruktura, o cümlədən, məktəblərə, xəstəxanalara və məscidlərə ciddi ziyan dəyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər