Yaşar Həsənov respublikamızın istilik strategiyasının hazırlanıb həyata keçirilməsi istiqamətində böyük işlər aparır

Yaşar Həsənov respublikamızın istilik strategiyasının hazırlanıb həyata keçirilməsi istiqamətində böyük işlər aparır











“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir

2005-ci ilin İyunun 8-də Azərbaycan Prezindenti Cənab İlham Əliyevin sərəncamı ilə respublikamızda istilik strategiyasının həyata keçirilməsi üçün “Azəristiliktəchizat” Acıq Səhmdar Cəmiyyəti yaradıldı və Bakı istilik idarəsi də bu ASC-nin tərkibinə qatıldı. Cənab Prezidentin digər sərəncamı ilə Yaşar Həsənov ASC-nin sədri təyin olundu və o bu günə kimi bu vəzifədə vicdanla, səriştə ilə çalışır, respublikamızın istilik strategiyasının hazırlanıb həyata keçirilməsi istiqamətində böyük işlər aparır.
Belə ki, Yaşar Həsənov “Azəristiliktəchizat” ASC-nin sədri təyin olunduqdan sonra ölkənin istilik sistemində köklü dəyişikliklər baş vermiş və bu müddət ərzində bütün texniki-iqtisadi göstəricilər dəfələrlə yaxşılaşdırılmışdır. Yaşar müəllim istər BBTİ-d işlədiyi illərdə, istərsə də bugünki işində səmərələşdirici təklifləri ilə həmişə çalışdığı sahənin işini qabağa aparıb. O, 1981-ci ildə - hələ cavan yaşlarında olarkən Azərbaycan Respublikası Səmərələşdiricilər və İxtiraçılar Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunub. O, bütün fəaliyyət illərində olduğu kimi, bu gündə yaradıcı axtarışlarını davam etdirir və 500-dən çox texniki-səmərələşdirici təklifin və bir ixtiranın müəllifidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10 aprel 2012-ci sərəncamına əsasən Yaşar Məmmədəli oğlu Həsənov “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.

İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən amillərdən biri də müasir dövrün tələblərinə cavab verə bilən müvafiq infrastruktur və kommunal xidmət sahələrinin, o cümlədən istilik təchizatı sistemlərinin yaradılmasıdır.
İnsan orqanizminin normal əhval ruhiyyəsinin təmin edilməsi və bəzi texnoloji proseslərin tələbatlarını ödəmək üçün bina və qurğuların daxilində temperaturun müəyyən sərhədlərdə saxlanması tələb olunur. Hər bir cöğrafi ərazinin özünəməxsus iqlimə malik olması və təbii iqlim şəraitinin qeyd edilən tələbatı ödəməməsi insanları onlara lazım olan şəraiti süni şəkildə əldə etməyə vadar edir ki, bunun da nəticəsi olaraq insanların fəaliyyət göstərdikləri mühitin lazım olan temperaturunu təmin edən müxtəlif isidici qurğular yaradılmış və tətbiq edilmişdir.
İstilik texnikasının yaranması kökləri uzaq keçmişə, insanın od əldə etmə bacarığına yiyələnməsi, ondan yemək hazırlamaq və isinmək üçün istifadə etmə vərdişlərini əldə etdiyi dövrlərə gedir.
Tonqallar, tonqalın yaşayış üçün yaradılmış sığınacaqda törətdiyi yanğının qarşısını almaq üçün insanların fikirləşib tətbiq etdiyi müxtəlif vasitələr, daş ocaqlar, müxtəlif forma və tipli sobaların yaranması istilik texnikasının inkişaf mərhələləridir.

Hazırda “Azəristilikəchizat” ASC ölkənin əsas istilik təchizatı müəssisəsidir və bu sahədə dövlətin siyasətinin aparıcısı funksiyasını həyata keçirir. 51 regionda SC-in istilik təsərrüfatları fəaliyyət göstərir.
“Azəristiliktəchizat” ASC-nin yarandığı ötən müddət ərzində istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması, uçot və idarəetmə sisteminin təkmilləşdirilməsi, enerjiyəqənaət və enerjidən səmərəli istifadə tədbirlərinin həyata keçirilməsi, istilik təchizatı sisteminə qoşulmuş, lakin müxtəlif səbəblərdən istiliklə təmin edilməyən yaşayış binaları və sosial obyektlərin tədricən bərpa edilərək istiliklə təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Son illər Azərbaycanda Respublkasında aparılan ardıcıl iqtisadi islahatlar çərçivəsində əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının ödənilməsi və digər kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox ciddi və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, bu proseslərin bu gün də müvəffəqiyyətlə davam etdirilməsi ölkənin bütün əməksevər insanları kimi yeni yaradılmış “Azəristiliktəchizat” SC-nin də çoxsaylı əmək kollektivi tərəfindən yüksək qiymətləndirilir və daha böyük uğurlar əldə edilməsinə ruhlandırır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər