Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL

Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL


Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL


Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinə hazırlıq işləri ilə tanış olub. Nazir yeni fəaliyyətə başlayan Biotexnologiya Mərkəzinə baş çəkib, ADAU-nun yeni saytının təqdimat mərasimində iştirak edib, Peşə Təlimi Mərkəzində son tamamlama işləri ilə tanış olub, universitetin müəllim-tələbə heyəti ilə görüş keçirib.

Bu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Biotexnologiya Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışır.

Tələbə Parkında müəllimlərlə keçirilən görüşdə aqrar sahə üzrə mütəxəssis hazırlığı, bu sahədə elmi araşdırmalar, təhsilin keyfiyyətinin artırılması, tələbə və müəllimlərin mübadilə proqramları çərçivəsində xarici ölkələrdə təhsil alması, xarici mütəxəssislərin təhsil prosesinə cəlb edilməsi təcrübəsinin ildən-ilə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün müvafiq tapşırıqlar verilib.

Təhsil-Tədris Təsərrüfatında tələbələrlə görüşdə qeyd olunub ki, yaxın günlərdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "Sabahın Kənd Təsərrüfatı" adlı Yay Məktəbi fəaliyyətə başlayacaq. Yay Məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, qlobal iqlim dəyişikliyi, onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik və aqrar təhsil istiqamətləri mövzularında təlimlər və görüşlər həyata keçiriləcək.

Nazir İnam Kərimov bakalavr təhsilini uğurla başa vuraraq magistraturaya qəbul olmuş tələbələri təbrik edib, Aqrar İnkişaf Könüllülərinə fəaliyyətlərində uğurlar diləyib.

Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL


Türkiyə səfiri ADAU-da olub

Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL


Bu gün, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramları barədə eləcədə Türkiyənin ali təhsil müəssisələri olan əlaqələr haqqında, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı barədə səfiri ətraflı məlumatlandırıb. Həmçinin, pandemiya dövründə müxtəlif ixtisaslardan olan türkiyəli mütəxəssislərin ADAU tələbələri üçün mühazirələr söylədiyi qonağın diqqətinə çatdırılıb.

Səfir Cahit Bağcı Universitet barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün Aqrar Universitetdə böyük imkanların olduğunu qeyd edib.

Görüşdən sonra səfir Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib. Muzeydə yerləşən eksponatlar və binanın tarixi haqqında qonağa ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL
Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL


ADAU-da 2020/2021-ci il tədris ilinin nəticələri barədə Elmi Şuranın iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏL


İclasda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 2020/2021-ci tədris ilinin yekunları barədə hesabatı dinlənilib.

Universitetin Tədris-təcrübə təsərrüfatında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda 2020/2021-ci il tədris ilinin nəticələri, 2021-ci ildə doktoranturaya qəbul olmuş doktorant və dissertantların mövzularının, kafedra və rəhbərlərinin təsdiqi, 2020/2021-ci il tədris ilində universitetin magistratura səviyyəsinə 1-ci turda tələbə qəbulunun nəticələri, differensial əməkhaqqının tətbiqi və digər məsələlər müzakirə olunub.

Şuranın sədri İbrahim Cəfərov sosial şəbəkələrdə keçirilən sorğuda “İlin tələbəsi” adına layiq görülən ADAU-nun İqtisadiyyat fakultəsinin məzunu Dinarə Əliyevanı təbrik edərək ona uğurlar arzu edib.

Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunan universitetin bir neçə əməkdaşına döş nişanları təqdim olunub.


Azərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universiteti Tarixi inkişafını yaşayır - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər