Azər İsmayılov: Müdrik rəhbərlik, səriştəli taktika, güclü iqtisadiyyat və ən əsası xalqın sarsılmaz birliyi bizi Zəfərə qovuşdurdu

Azər İsmayılov: Müdrik rəhbərlik, səriştəli taktika, güclü iqtisadiyyat və ən əsası xalqın sarsılmaz birliyi bizi Zəfərə qovuşdurdu


Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov - İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında “Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Belə ki, qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.

Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı , paylaşmağı öyrədir.

Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu güclü respublika olaraq 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik. Allah bütün kəsilən qurbanları qəbul etsin.

Ta qədimdən şimalla cənubun, şərqlə qərbin qovuşduğu regionda bir-birindən fərqli sivilizasiyaların, etnik toplumların rəngarəng palitrası fonunda zəngin mədəniyyət yaratmış Azərbaycan xalqı öz humanistliyi və səmimiliyi ilə özünəməxsus xarakter qazanmışdır. Xalqımız həmişə sülhün, əmin-amanlığın, qurub-yaratmağın carçısı olmuş, zaman-zaman qonşu xalqlarla daha sıx əməkdaşlıq etmişdir.

Dəfələrlə sübuta yetirilmiş tarixi faktdır ki, mərhəmət ənənəsinə sadiq olaraq ermənilərə öz torpaqlarımızda məskunlaşmağa nəinki icazə vermiş, hətta onların sosial-iqtisadi inkişafı, siyasi dirçəlişi üçün də yardımçı olmuşuq. Heç şübhəsiz, Kiçik Qafqaz vilayəti, Qarabağ və ətraf bölgələr, Naxçıvan, Zəngəzur zəngin təbii resurslara sahib olub, nəinki Cənubi Qafqaz, eləcə də digər qonşu ölkələr üçün geosiyasi məna kəsb edir.

Lakin əfsuslar olsun ki, necə deyərlər, “yuxarı başa” keçirdiyimiz bədxah ermənilər dəfələrlə regionda sabitliyi pozmağa çalışmış, xalqımızı ağır, qanlı hərbə vadar etmiş,dinc əhaliyə qarşı soyqırım aktı həyata keçirmişlər. Ötən əsrin 80-ci illərinin sonlarında Qarabağa əvvəllər də etdikləri iddianı bu dəfə daha israrla, həm də vəhşi şovinist üsullarla qaldıraraq indi tariximizdə I Qarabağ müharibəsi adlandırdığımız bir savaş açdılar. Bölgədə sülh və əmin-amanlıq bu dəfə uzun müddətə pozuldu. 1994-cü ildə əldə edilən atəşkəsdən keçən dövr ərzində müxtəlif beynəlxalq təşkilatların, qonşu dövlətlərin vasitəçiliyi ilə baş tutan görüşlərdə erməni tərəfi hər dəfə qeyri-konstruktiv mövqe sərgiləyir, eyni zamanda qondarma artsax deyilən bir qurum vasitəsilə bölgədə terror aktları həyata keçirirdi.

Qarabağın Ermənistana birləşdiriləcəyi halda regionun inkişafının sürətli templə davam edəcəyini iddia edən erməni rəhbərlər bir dəfə də olsun keçmiş DQMV ərazisində normal sosial inkişaf layihəsi reallaşdıra bilmədilər və ya buna cəhd etmədilər. İşğal dövründə nəinki Qarabağın, eləcə də region dövlətlərinin iqtisadiyyatı bir sıra çətinliklərlə üzləşdi. Qarabağın işğal altında və terrorçu qruplaşmanın ixtiyarında qalması qlobal iqtisadi layihələr üçün də təhlükə vəd edirdi. Əslində Qarabağı dirçəltməyə miskin büdcəyə malik olan erməni dövlətinin gücü yetmirdi.

Əksinə, bir-birinin ardınca uğurlu layihələrə memarlıq edən Ulu Öndər, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, dönməz iradəsi sayəsində Azərbaycan artan templə inkişaf edən bir ölkəyə çevrildi. Ulu Öndərin layiqli davamçısı, minilliyin qüdrətli siyasətçisi olan cənab İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirdi.

Müdrik rəhbərlik, səriştəli taktika, güclü iqtisadiyyat və ən əsası xalqın sarsılmaz birliyi bizi Zəfərə qovuşdurdu. Azərbaycan müstəqillik dövrünün ən böyük hadisəsini yaşadı-işğal edilmiş torpaqlarımız Vətənə qovuşdu.

Bu gün bütün xalq Qarabağın iqtisadiyyatının dirçəldilməsi ilə bağlı xəbərləri yüksək coşqu ilə qarşılayır. Bu günlərdə Füzuli yarımstansiyasının açılışı əlamətdar hadisə kimi tarixə düşdü. Möhtərəm Prezidentimiz dəfələrlə Qarabağa səfər edərək regionun inkişafı məsələləri ilə yerində maraqlanmışdır. Hadisələrin gedişi əminliklə deməyə imkan

verir ki, canımız-qanımız olan Qarabağın çiçəklənməsi çox da uzaq gələcəyin öhdəsinə buraxılmayacaq.

Bu zəfər Cənubi Qafqazda status-kvonu dəyişdi, bölgəyə sülh gətirdi. Moskva Bəyannaməsi region xalqları arasında sıx əməkdaşlıq atmosferimim yaradılması, tarixən mövcud olmuş yol strukturalarının bərpası, o cümlədən, Zəngəzur dəhlizinin açılması planlaşdırılır. Əslində dəhlizə bu adı Cənab İlham Əliyev vermişdi. Bu ilin mart ayında keçirilən Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının konfransında onu belə adlandıraraq, Zəngəzurun Azərbaycan torpağı olması faktını hər kəsin nəzərinə çatdırmışdı.

Zəngəzur dəhlizi Azərbaycanı birbaşa Türkiyə ilə birləşdirəcək .Bu yol Rusiya-Türkiyə əlaqələrinin daha sıx inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Əgər erməni tərəfi üçtərfli razılaşmaya əməl edərsə, müəyyən regional layihələrə cəlb edilə bilər. Ekspertlərin çıxış etdiyi kimi,Ermənistanın özünü də bir ölkə kimi inkişafı üçün yalnız Qarabağda sülh ən ideal düstur hesab edilir.

Bu günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və bu səfər çərçivəsində bağlanmış Şuşa Bəyannaməsinin bölgədə əldə edilmiş sülhün və təhlükəsizliyin qarantı olacağı hər kəsə bəllidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər