Rusiyada güclü partlayış: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO

Rusiyada güclü partlayış: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO


Rusiyada “Azaliya” hotelində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Ölkə.Az” Rusiya mediasına istinadən xəbər verir ki, iyulun 13-də səhər saatlarında Krasnodar diyarının Gəlincik şəhərində “Azaliya” hotelində məişət qazı partlayışa səbəb olub.

Partlayış nəticəsində hotelə ciddi ziyan dəyib. Güclü yanğınla müşayiət olunan partlayış insan tələfatı ilə nəticələnib.

Hadisə zamanı bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Hotel yaxınlığında dayanan avtomobillər də əzilib.

İlkin versiyaya əsasən, partlayış binanın birinci mərtəbəsində yerləşən mağazada qaz sızma nəticəsində baş verib. Belə ki, marketə daxil olan şəxs işıqları yandırdıqdan sonra hadisə yaşanıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər