Milli Qəhrəman adı alan polkovnik: Düşməni qovub çıxarmağa hazırıq – VİDEO

Milli Qəhrəman adı alan polkovnik: Düşməni qovub çıxarmağa hazırıq – VİDEO















“8-ci sinifdən özünü hərbiyə həsr edib”

Xəbər verdiyimiz kimi, polkovnik-leytenant Şükür Həmidov aprelin əvvəllərində Ermənistanın təxribatının qarşısını alarkən göstərdiyi şücaətə görə prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

Bu gün ANS TV Milli Qəhrəmanın ailəsində olub.

“Polkovnik-leytenant Həmidov yenə də döyüş bölgəsində xidmətdədir, özü ilə görüşmək qismət olmasa da, ata-anası, qardaşı ilə görüşüb söhbətləşə bildik. İgidin adını eşit, üzünü görmə, indi siz adını eşitdiyiniz Milli Qəhrəmanın səsini eşidəcəksiz, onun deyiləsi sözləri var.

Polkovnik-leytenantdan yeni-yeni qələbə xəbərləri ümidilə telefonda sağollaşıb, onun barədə ailəsindən soruşuruq. Nəriman kişi atasının adını verib ona, ailənin 9-cu uşağıdır. Amma deməsinə görə həmişə birincilərdən olub:

“Şükür barədə xatirələr çoxdur. 8-ci sinifdən özünü hərbiyə həsr edib, Naçıvanski hərbi məktəbi, sonra ali hərbi məktəb... Üst-üstə 20 ildən artıq xidməti var. Təbii ki, ən böyük xidməti hələlik son döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar olub”.

Bayaq dedik ki, 9-cu uşaq olub. Ailədə 10 uşaqdılar. Şərqiyyə xanım da Qəhrəman anadır. Qəhrəman ananın Qəhrəman övladı. Bərəkallah...

Bu isə Əsəddir. Şükürün böyük qardaşı. Əslən Qubadlıdan olan ailə indi qaçqın həyatı yaşayır. Əsəd isə birinci Qarabağ savaşında müharibədə iştirak edib. Döyüşlərdə iştirak etdiyi “Ləpə təpə” 20 il əvvəl əldən verilsə də, bu gün qardaşı Şükür onu yenidən bizə qaytardı.

Şükür Həmidov tək Milli Qəhrəman adına deyil, həm də Milli Qəhrəmanın Qızıl ulduz medalına da layiq görülüb”. – ANS TV-nin reportajında deyilir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər