Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər

Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər



Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - “Dəmir Yumruq” əməliyyatı ilə Zəfər tariximizə yazılan Böyük Qələbə güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Xalq – Prezident - Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, tarixi torpaqlarımızın işğaldan azad olunmasında mühüm əhəmiyyət daşıdı. “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki , bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək”.- cənab Prezidentin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamamilə məhv edilmiş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin, məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamlı olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir. Şuşanın azad olunması Qarabağ torpaqlarına sülh və inkişaf gətirdi. İşğaldan azad olunmuş torpaqlarımızda mədəni irsimizin bərpası istiqamətində əsaslı layihələr həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı həm də tarixi torpaqlarımızın, ənənələrimizin bərpasını da əhatə edir. Prezidentimizin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani göstəricisidir. Tarixin sınağından çıxmış Türkiyə- Azərbaycan qardaşlığı Şuşa Bəyannaməsinin imzalanması ilə tarixi köklərini bundan sonrakı minilliklərdə də regional sülh, sabitlik və rifah üçün möhkəmləndirəcəyini sübut etdi. Təsadüfi deyil ki, Şuşa şəhəri təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınacaq. Biz inanırıq ki, bu qardaşlıq əbədi olacaq. Nəticəsi olaraq tarixi torpaqlarımız öz cənnətini yaşayacaq.


Rayonda Kür çayının sahilboyu ərazilərində təmizlik işləri aparılmışdır

Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər


Salyan rayonunda Kür çayının sahil boyu ərazilərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təmizlik işləri aparılmışdır. Keçirilən aksiyada idarə, müəssisə, təşkilatların nümayəndələri, könüllülər və rayon sakinləri yaxından iştirak etmişdir.

Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər
Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər


Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir

Salyan rayon Mərkəzi Xəstəxanasında “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və səhiyyə işçiləri iştirak etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini, həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdiklərini xüsusi olaraq vurğulamışdır.

Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə Salyan Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilmişdir.

Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan ZəfərSevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər
Sevindik Hətəmov: Bölgənin sürətli inkişafına zəmin yaradan Zəfər

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər