ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi

ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi


ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında ona sual verən jurnalisti danlayıb.

Xarici KİV xəbər verir ki, Bayden onu Putinə mülayim davranmaqda ittiham edən “CNN International”ın müxbiri Keytlen Kollinsi tənbeh edib.

Bayden jurnalistin “Putinin davranışlarını dəyişdirəcəyindən necə bu qədər əmin ola bilirsiniz” sualına belə cavab verib:

“Davranışlarını dəyişdirəcəyi məsələsində əmin deyiləm. Bu nə axmaqlıqdır. Buna nə vaxt əmin olduğumu dedim?”

Kollins Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyi iddiasını gündəmə gətirib. O, növbəti dəfə Baydenə “Yaxşı, bu prezident kimi necə konstruktiv görüş deməkdir?” sualını ünvanlayıb.

Bayden isə jurnalistə “Bunu başa düşmürsünüzsə, yanlış işdəsiniz” söyləyib.

Konfransdan sonra təyyarəyə minməyə hazırlaşan ABŞ prezidenti ona sual verən jurnalistə üzr borcu olduğunu deyib:

“Ona çoxbilmiş formada cavab verməli deyildim. Başa düşdüyüm qədərilə yaxşı müxbir olmaq üçün neqativ olmaq lazımdır. Heç pozitiv şeylər soruşmursunuz” - Bayden deyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər