Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi

Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi



Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi

Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi


Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Böyükşor bulvarında "15 İyun-Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev və Vətən müharibəsi qaziləri iştirak edirdilər.
İlk olaraq qonaqlar "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə rayonun məktəbliləri, Əlilliyi olan Şəxslərin Peşə-əmək Reablitasiya Mərkəzi və Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə estafet qaçış, taekvando, MMA, cüdo, ağırlıqqaldırma, dama və şahmat idman növləri üzrə keçirilən yarışların final mərhələsinə baxış keçirdilər. Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının idmançılarının nümunəvi çıxışlarından sonra qonaqlar Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Qambayzadə adına 148 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda çəkilən rəsmlərlə tanış olaraq Bakıxanov qəsəbəsi R.Quliyev adına 107 saylı tam orta məktəbin gimnastları, 192 və 230 saylı körpələr evi – uşaq bağçalarının rəqs qruplarının ifasında rəqs nümunələrini izlədilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova qonaqları və tədbir iştirakçılarını salamlayaraq "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə təbrik etdi. Qeyd olundu ki, məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtuldu, uğurlu gələcəyin təməli qoyuldu və bugün Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz bütün sahələrdə parlaq uğurlara imza atır.
Tədbirin sonunda Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olunan yarış iştirakçıları və qaliblərə diplomları Vətən müharibəsi qaziləri təqdim etdilər.


Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi
Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi


Vətən müharibəsi qazilərinə dəstək məqsədilə görüşlər davam edir

Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi


Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə və Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı, Maştağa, Zabrat, Ramana və Bakıxanov qəsəbələri üzrə nümayəndələrinin iştirakı ilə rayonda yaşayan Vətən müharibəsi qaziləri ilə görüşlər keçirilmişdir.
Görüşlərin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində xalqa qələbə sevincini yaşadan qazilərə psixoloji, hüquqi və mənəvi dəstək göstərmək və gənclərin paralimpiya hərəkatına cəlb olunmaları istiqamətində müvafiq iş aparmaqdır.
Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirən qazilərimiz Məmmədzadə Murad Arif oğlu, Hüseynzadə Bəşir Nəbi oğlu, Xalıqov Seyidəkbər Vaqif oğlu, Cəfərov Hüseyn Fərman oğlu və Həsənov Rufin Rəfail oğlu öz döyüş hekayələrini bölüşərək xalqın diqqətini və sevgisini hər zaman hiss etdiklərini və bundan şərəf duyduqlarını bildiriblər.
Qeyd edək ki, qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə “Zəfər Kuboku”nda iştirakı nəzərdə tutulmuşdur.

Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildiSabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi
Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi






Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər