Ər-Riyadda Obamanın gəlişinə sevinmədilər

Ər-Riyadda Obamanın gəlişinə sevinmədilər















Obamanı kral ailəsinin nümayəndəsi qarşılamayıb

Səudiyyə Ərəbistanına səfərə gələn ABŞ prezidenti Barak Obamaya çox soyuq münasibət göstəriblər.

Belə ki, Amerika prezidentinin protokola zidd olaraq, onu Ər-Riyad aeroportunda kral ailəsinin nümayəndəsi yox, paytaxt regionunun qubernatoru qarşılayıb.

Obama Kral Salman ilə görüşü zamanı ölkə liderləri əl sıxmaqla kifayətləniblər, amma Corc Buş-kiçik bu ölkəyə səfər edərkən əl sıxma ilə deyil, qucaqlaşma ilə qarşılanmışdı.

CNN teleşirkəti bunu əvəllər sadiq müttəfiq olan ölkələr arasında “soyuq münasibətlərin davamı”nın əlamətləri hesab edir.

Səudiyyə televiziyası Obama və kral Salmanın görüşünü yayınlamayıb, amma monarxın Ər-Riyada İraq körfəzində Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının sammiti iştirakçılarını qarşılamağı barədə süjet göstərilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər