“Formula-1”in rəhbəri: Putin Avropaya hakim olmalıdır

“Formula-1”in rəhbəri: Putin Avropaya hakim olmalıdır















“Onun sözü ilə əməli birdir”

Vladimir Putin Avropanı idarə etməlidir, Donald Tramp isə ABŞ-ın “fantastik” prezidenti olardı.

Bu barədə “Formula-1” şirkətlər qrupunun rəhbəri, 85 yaşlı britaniyalı milyarder Berni Ekklstoun bəyan edib.

Londonda “Avropa reklamı” həftəsində çıxış edən biznesmen Britaniyanın Avropa İttifaqından çıxmasının yüz fazilik tərəfdarı olduğunu deyib.

“Düşünürəm ki, Avropa mahiyyətini itirib. Nöqtə”, - o, kəskin şəkildə bildirib.

Həmsöhbətləri Ekklstouna, rusiyalı prezident Vladimir Putinin pərəstişkarlarından biri olduğunu xatırladarkən milyarder deyib:

“O, (Putin) Avropaya hakim olmalıdır”.

Putinin Avropaya Brüsseldən rəhbərlik edib-etməməsinə dair dəqiqləşdirici suala isə biznesmen:

“Xeyr, Brüsseldən yaxa qutarmalıyıq, Putin isə sadəcə başçı olmalıdır”, - deyə cavab verib.

“Onun sözü ilə əməli birdir, o başladığı işi sona çatdırır. İnsanlar onun məhz nə etmək istədiyini anlamırlar (...) o, Rusiyanı əvvəl olduğu yerə qaytarmaq istəyir”, - Ekklstoun bildirib.

Onun ABŞ prezidentliyi uğrunda mübarizədə favoriti olan respublikaçı Donald Tramp barədə suala isə:

“Mən düşünürəm ki, o, fantastik prezident olardı. Mən əminəm ki, digərlərindən daha mobildir. Əgər o səhv edərsə, çox güman ki, “Həmin an bu əla ideya idi” deyər”, - cavabını verib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər