Nə­ri­man Əli­yev: “Azərbaycan demokratik inkişafa sadiqdir, ölkəmizdə bütün azadlıqlar təmin edilib”

Nə­ri­man Əli­yev: “Azərbaycan demokratik inkişafa sadiqdir, ölkəmizdə bütün azadlıqlar təmin edilib”













İqtisadiyyatın aynası, inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın son illər inkişaf yolunda olması ilk növbədə onun dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərində real əksini tapır.
Prezident İlham Əliyev ötən müddətdə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Prezidentin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm zəmin formalaşdırmışdır.
Dünyada dərin maliyyə böhranı Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan 2015-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olub və əminliklə demək olar ki, növbəti ildə də makroiqtisadi sabitlik təmin ediləcək.
Konstitusiyanın 95-ci maddəsini rəhbər tutan Azərbaycan Respublikasının Milli Məclisi hər il dövlət büdcəsi layihəsini müzakirə edir. Müzakirələr zamanı bir qayda olaraq Milli Məclisin deputatlarının təklifləri, Hesablama Palatasının rəyi nəzərə alınır, bu sahədə şəffaflıq, hesabatlılıq təmin olunur. 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunan hədəflər, 2016-2019-cu illər üçün tərtib edilmiş və büdcə zərfinə daxil olan Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Dövlət büdcəsi əsas gəlir və xərcləri özündə ehtiva etməklə yanaşı, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Dövlət büdcəsi vasitəsilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi həyata keçirilir. İqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması, onların geniş təkrar istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi, ölkənin müdafiəsinin təmini, cəmiyyətin idarə edilməsi məqsədilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar pul münasibətlərindən ibarətdir. Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirirlər.
Sosial məsuliyyət prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Milli Məclisin geniş müzakirəsindən sonra təsdiqlənən “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha sübuta yetirdi. “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq hazırlanan ali maliyyə sənədinin strateji hədəfləri qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılmasıdır.
Ali maliyyə sənədi dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə, artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə, dolayısı ilə ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan mənfi təsirləri qiymətləndirilməklə büdcədə adekvat həcmdə ehtiyatlar yaradılaraq tərtib edilib. Bu zaman büdcə zərfində sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə dövlət dəstəyinin ənənəvi olaraq prioritetliyi saxlanılıb, dövlətimizin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsi, dövlət proqramlarının icrasının davam etdirilməsi üçün maliyyə təminatının yaradılmasına üstünlük verilib. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmiş və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin möhkəmlənməsi deməkdir.
Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri də onun büdcəsidir. Bu baxımdan əminliklə demək olar ki, 2016-ci ildə də hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək.

Nə­ri­man Əli­yev:
Yeni Azərbaycan Partiyası 70 saylı Masallı şəhər seçki dairəsi deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin uzvü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər