Mehriban xanım Abbasquliyeva vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

Mehriban xanım Abbasquliyeva vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL








Həqiqətəndə Azərbaycan qadını tarix boyu həmişə öz ağlı və zəkası, ismət və fədakarlıqı, çalışqanlıqı və mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və xalqımızın milli adət-ənənələri, milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır.

Zaman keçdikcə əsrlər boyu sürətlə mariflənən qadınlarımız, milli dəyərlərə sadiq qalmış, ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınlara milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, həmçinin digər sahələrdə qazandıqları uğurlar ilə böyük nüfuz qazanmışlar.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin baş həkimi Mehriban Abbasquliyevadır.

Mehriban Abbasquliyeva vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzgündür? Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin baş həkimi Mehriban Abbasquliyevanın nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Mehriban xanım Abbasquliyevanı nüfuzdan salmağa çalışırlar.

Bu şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Mehriban xanım Abbasquliyevanı şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər


Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin baş həkimi Mehriban Abbasquliyeva - Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ illər öncə hakimiyyətə gələrkən səhiyyə bölməsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaradıb. Ulu öndər hakimiyyətinin bütün mərhələlərində səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bu gün bir çox respublikalardan irəlidə dayanıb.

Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2017-ci ildə də böyük işlər həyata keçirilib və 2018-cı ildə isə davam edir.

Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır. Belə ki, 2017-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil etmişdir. Təbii artım 12,5 olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılmışdır. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan vermişdir. Təkcə bu il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. Sevindirici haldır ki, Bakı Sağımlıq Mərkəzinin, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

Bütün bunlar 2018-ci ilin səhiyyəmiz üçün uğurlu keçdiyini deməyə əsas verir. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir. Bu sahədə qazanılan uğurlar gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər