Ayət müəllim: 2021-ci il 12-13 may tarixləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Ayət müəllim: 2021-ci il 12-13 may tarixləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb



Kürdəmirdə bu gözəl məscidi Hacı Ayət adlı yerli bir iş adamı tikdirib

Ayət müəllim: 2021-ci il 12-13 may tarixləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb


İş adamı Ayət müəllim - Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın dilbər guşəsi, Azərbaycan musiqisinin beşiyi, Qafqazın mirvarisi, incisi sayılır. Başı qarlı, vüqarlı dağları ilə dünyaya səs salan Şuşa Azərbaycanın - vətənimizin döyünən ürəyidir. Bir zamanlar başının üstünü qara buludlar alan, düşmən tapdağı altında qan ağlayan Şuşa bu gün artıq dünyaya "mən azadam" deyə hayqırır. Bu hayqırtısını isə illər sonra Cıdır düzündə keçirilən " Xarıbülbül " musiqi festivalı ilə həyata keçirdi. "Xarıbülbül" İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi və Azərbaycan ordusunun zəfər simvolu kimi tanınır. Xarıbülbülün əzəmətli, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədə qələbə simvoluna çevirdi. 2021-ci il 12-13 may tarixləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki mənfur düşmənin əlində əsir qalan, göz yaşları içində qıvrılan, ah-naləsi ilə yerləri-göyləri fəryada çağıran Şuşa bu festival ilə azadlığa qovuşduğunu musiqi sədaları ilə bəyan etdi. Festivalın bədii hissəsinin açılışı zamanı oxunan Bayatı-şiraz bütün Azərbaycan xalqının ruhunu oxşadı, Şuşanın kimsəsiz qalan dağlarına sığal çəkdi. "Xarıbülbül" musiqi festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan xalqı "dəmir yumruq" kimi birləşdi və bu dəmir yumruq nəticəsində müzəffər Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. İşğaldan azad edilmiş, düşmən tərəfindən vəhşicəsinə talanmış, dağıldılmış, məhv edilmiş ərazilərimizdə böyük quruculuq lahiyələri həyata keçirilməkdədir. Azad olunan ərazilərin tarixi və mədəni abidələri bərpa olunur, eyni zamanda tarixi torpaqlarımızda uzun illərdir keçirilməyən tədbirlərimiz bərpa edilir, başqa sözlə desək, düşmən tapdağı altında qan ağlayan, ah-zar edən torpaqlarımız mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı bunun ən bariz nümunəsidir. "Xarıbülbül" musiqi festivalının ilk günündə Azərbaycanda yaşayan azsaylı xalqların, etnik qrupların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusundə təqdim edilib. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri və çıxışları ilə “hər kəsin vətəni Azərbaycandır” mesajını bütün dünyaya çatdıran Prezident İlham Əliyev öz çıxışında da qeyd edib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Düşünürəm ki, "Dəmir yumruq" anlayışı Azərbaycan xalqının simvoluna çevrilib.Çünki həmin vaxt uşaqdan böyüyə hər kəsin ürəyi Qarabağla döyünürdü. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədi. Məscidlərimizi, tarixi abidələrimizi məhv etsələr də, ruhumuzu məhv edə bilmədi. Şuşa Azərbaycanın ruhunu qoruya bildi .28 ildən çox əsirlikdə qalsa da əyilmədi, sınmadı,öz ləyaqətini, milli ruhunu qorudu. Mayın 13-də Azərbaycan tarixində daha bir möhtəşəm hadisə baş verdi.Çünki işğaldan azad olunmuş Şuşa şəhərində illər sonra ilk dəfə Ramazan bayramı namazı qılındı. Bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb. Bununla da,Şuşa özünün məğrur duruşunu, milli ruhunu itirmədiyini və Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha sübut etdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər