Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!

Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!



Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov - Azərbaycanın can parçası olan Qarabağ əsl sahiblərinə qovuşdu. İllər idi hər bir azərbaycanlının qəlbində bir dərd vardı – Qarabağ dərdi. Şuşa, Laçın, Ağdam, Füzuli, Kəlbəcər və s. işğal altında olan torpaqlarımızın həsrət yarası. Nəhayət gün gəldi. Cənab Ali Baş Komandanın əmrinə əsasən müzəffər ordumuz 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bu həsrətə son qoydu. Azərbaycanın can parçası olan Qarabağ, erməni işğalçılarının tapdağında əsir qalan torpaqlarımız əsl sahiblərinə qovuşdu.

28 ildən sonra Qarabağın gözü, Azərbaycanın musiqi beşiyi olan Şuşadan Üzeyirin nəfəsi, Xurşudbanu Natəvanın şeiri, Bülbülün, Seyidin, Xanın, Cabbarın səsi duyuldu. Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkəmizin Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla Vaqif poeziya günləri və Xarıbülbül festivalı da bərpa olundu. Xarıbülbül musiqi festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Xarıbülbül beynəlxalq musiqi festivalı məşhur Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İtaliya və s.ölkələrin və SSRİ respublikasının iştirakı ilə keçirilib.

Neçə illər idi ki, Şuşa şəhərinin işğal olunması səbəbindən bu festival keçirilmirdi və nəhayət 2021-ci il may ayının 12-si və 13-də Şuşa şəhəri Ermənistan işğalından azad olunandan sonra ilk dəfə Xarıbülbül festivalı keçirilmişdir.

Əfsanəvi Xarıbülbül gülü təbiətin bir möcüzəsi, Şuşanın rəmzidir. Qarabağda bu gülün şöhrəti elə səs salıb ki, onun şəninə festivallar təşkil olunub. Yenidən iki gün ərzində keçirilən festivalda ölkəmizin incəsənət xadimlərinin çıxışı ilə möhtəşəm konsert proqramı xalqımıza təqdim olundu. Festivalda Azərbaycanda yaşayan xalqların folklor ansanbllarının çıxışı baş tutdu. Festivalda muğamlarımızla yanaşı bəstərkar mahnıları da musiqiçilərimizin repertuarında yer almışdır. Şuşanın dağı, dərəsi, meşəsi, gülü-çiçəyi Azərbaycan musiqisi ilə qidalandı.

Tədbirin ikinci günü Ramazan bayramına təsadüf etdiyindən 29 ildən sonra Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Vətən üçün canından keçən hər bir şəhid oğullarımız üçün Allahdan rəhmət diləndi, qazilərimizə, xalqımıza dualar oxundu.

Azadlığın mübarək Qarabağ!

İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib

Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!


Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin tədbirlər planında nəzərdə tutulmuş məsələlərin, verilən tapşırıqların vaxtında icrasına müntəzəm olaraq diqqət yetirilir. Bununla əlaqədar İcra başçısı yanında operativ onlayn müşavirələr xüsusi əhəmiyyət kəsb edir. Bu onlayn müşavirələrdə rayonda sosial-iqtisadi inkişaf, mədəni quruculuq və təsərrüfat həyatı ilə bağlı vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar dinlənilir, müzakirələr keçirilir və müvafiq qərarlar qəbul olunaraq yeni vəzifələr müəyyənləşdirilir. Növbəti onlayn müşavirə 19 may 2021-ci il tarixdə keçirilib. İcra başçısının sədrliyi ilə keçən müşavirədə rayonda COVİD-19 pandemiyası ilə bağlı aparılan vaksinasiyanın gedişi, erkən nikah hallarına qarşı mübarizə tədbirlərinin, izahat-təbliğat işlərinin gücləndirilməsi, barama mövsümü ilə bağlı kümçülərlə əlaqəli işin qurulması və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlərin icra vəziyyəti ilə bağlı məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. İcra başçısı müşavirədə müzakirə olunan məsələlərin aktuallığını önə çəkərək dövlət hesabına həyata keçirilən vaksinasiyanın əhalinin sağlamlığındakı əhəmiyyətli rolunu xüsusi vurğulamışdır. O, erkən nikahların ailə münasibətlərinə mənfi təsirini nəzərə alıb yerli hakimiyyət orqanlarının ictimaiyyətlə birgə fəaliyyətinin qurulmasının vacibliyini bir daha diqqətə çatdırmışdır. İcra başçısı eyni zamanda barama mövsümünün başlanılması ilə əlaqədar yerlərdə kümçülərlə əlaqələrin intensivləşdirilməsi, bu gəlirli sahəyə dövlət qayğısından və qabaqcıl təcrübədən səmərəli istifadə olunması, barama qurdunun yem bazasının qorunması ilə bağlı tövsiyələrini vermişdir. Müşavirədə İcra başçısı həmçinin yerlərdə qanunsuz tikinti aparanlara qarşı profilaktik tədbirlərlə yanaşı izahat işlərinin aparılmasının da vacibliyini qeyd etmiş və qarşıdakı yay mövsümü ilə əlaqədar yaşıllıqların qorunması, suvarma sistemlərinin vaxtında bərpa edilməsi və su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Lənkəranda daha bir qəzalı çoxmənzilli yaşayış binası yenidən tikilərək istifadəyə verilib

Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!


Son illərdə ölkə prezidentinin müvafiq Sərəncamları ilə çoxmınzilli binaların dam örtüyləri dəyişdirilərək yenidən qurulmuş, qəzalı vəziyyətdə olan 19 çoxmənzilli binada əsaslı bərpa-gücləndirmə və təmir işləri görülmüş, 1 qəzalı çoxmənzilli bina isə yaşayış üçün çox təhlükəli olduğundan sökülərək yerində yeni beşmərtəbəli, 2 girişli, 20 mənzilli bina inşa olunmuşdur. Yeni tikilən bina 5-i 5 otaqlı, 5-i 4 otaqlı, 5-i 3 otaqlı, 5-i isə 2 otaqlı olmaqla 20 mənzildən ibarətdir. Hər bir mənzilə elektrik, su sayğacları, eləcə də istilik sistemləri quraşdırılmış və mənzillərə seyf qapılar qoyulmuş, binanın həyətində yaşıllıq zolağı salınmış, binanın qarşısına isti asfalt örtüyü döşənərək ərazidə sakinlər üçün istirahət guşəsi yaradılmışdır. Tikintinin aparıldığı müddətdə binadan köçürülmüş ailələr dövlət hesabına kirayə mənzillərlə təmin olunmuş, onlara davamlı diqqət və qayğı göstərilmişdir.
Mayın 4-də hər cür şəraitə malik, yaraşıqlı mənzillərinə qayıdan sakinlər yeni binanın açılışını sevinc hissi qarşılamış və ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər. Yeni mənzillərə qayıdış münasibətilə keçirilən tədbirdə iştirak edən şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl diqqəti ilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının davamlı şəkil aldığını, rayonun sosial-iqtisadi həyatının bütün sahələrində, genişmiqyaslı abadlıq-quruculuq işlərində əldə olunan nailiyyətlərin və həyata keçirilən iri maliyyə tutumlu investisiya layihələrinin icrasının, xüsusilə əhalinin mənzil-məişət şəraitinin durmadan yaxşılaşdırılması ilə bağlı tədbirlərin bunun parlaq sübutu olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda sakinlərə mənzillərin açarlarını təqdim edən İcra başçısı onları təbrik etmiş və xoş arzularını çatdırmışdır.

Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!Taleh Qaraşov: Azadlığın mübarək Qarabağ!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər