Fransanı SSRİ-nin acı taleyi gözləyir

Fransanı SSRİ-nin acı taleyi gözləyir


Tezliklə Fransanın bir dövlət olaraq parçalanması gözlənilir.
Fransalı hərbçilərin hakimiyyətə ünvanladığı məktub da ölkənin parçalanma təhlükəsindən xəbər verir.

Ümumiyyətlə, Fransa və Avropa da SSRİ kimi parçalanma mərhələsindədir. Bunu son günlərdə Fransa ordusunun generallarının ölkə rəhbərliyinə ünvanladığı məktublar da sübut edir.

Fransa və Avropanı SSRİ-nin acı taleyi gözləməsi ilə bağlı RİA-Novostidə maraqlı məqalə dərc olunub.
Məqalədə qeyd olunub ki, Farnsa hakimiyyəti hərbçilərinin “Valeurs Actuelles” mətbu orqanındakı ikinci müraciətinə kəskin reaksiya veriblər. Fransanın Daxili işlər naziri Jerald Darmanen anonim məktubu heç də cəsarətli addım kimi dəyərləndirməyib. Müraciəti yazanlar Fransanın gələcək taleyindən və dağılmasından narahatlıq keçirdiklərini ifadə etməklə öz hərbçi yoldaşlarının mövqelərini dəstəkləyiblər.

Məqalədə qeyd olunur ki, qərb siyasətində durğunluq dövrü hökm sürdüyündən gələcəklə bağlı konkret düşüncə mövcud deyil. Bir tərəfdən ideoloji determinizm, vətəndaşların getdikcə məhdudlaşdırılan hüquq və azadlıqları, direktiv iderəetmə metodu Avropanı çökdürməkdədir. Digər tərəfdən dövlətin milləti içəridən parçalayan ən dağıdıcı ictimai-siyasi qüvvələrə və konsepsiyalara məqsədyönlü dəstək verməsidir. Burada miqrasiya siyasətindən tutmuş öz tarixinə və mədəniyyətinə qarşı qəzəb özünü biruzə verməkdədir. Bu baxımdan da fransalı hərbçilərin müraciərləri 1980-ci illərin sonu 1990-cı illərin əvvəlində SSRİ-də baş verən hadisələrə bənzəyir. O zaman SSRİ-də də sistemin çökməsinə çalışan tanınmış, hörmətli, cəmiyyətdə böyük təsirə malik insanlar var idi. Bunlar guya SSRİ-nin xilası üçün səs-küylü bəyanatlar verir və müxtəlif komitə, fondlar, təşkilatlar yardırdılar. Onlar arasında hətta hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları da var idi. Ölkəni xilas etmək adı altında hətta dövlət çevrilişinə cəhdlər edildi. 1991-ci ildə baş verən “QKÇP”ni buna misal çəkmək olar. Nəticə isə bəllidir. SSRİ öz varlığını bitirdi. Onun çöküşü ağır fəsadlarla müşayiət olundu. Bu gün Fransada baş verən hadisələri Sovet İttifaqının qorunması istiqamətində addımların təkrarı hesab etmək olar. O zaman edilən bütün cəhdlər nəticəsiz bitdiyi kimi, bu gün həmin tale Avropanı və Fransanı gözləyir. Artıq dünya Fransa, Avropanı, bütövlükdə Qərbin bu problemi necə həll edəcəyini izləyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər