Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır

Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır


Azərbaycan arıçıları bu sahə ilə bağlı turizmin inkişaf etdirilməsi istiqamətində işlərə başlayıb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, bu işlər Dövlət Turizm Agentliyinin Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi "Slow Food" layihəsi çərçivəsində həyata keçirilir.

"Belə ki, Qaxda yerləşən arıçılıq təsərrüfatlarında həm qədim dövr arıçılığı, həm də müasir dövr arıçılığı ilə bağlı nümunələr yerləşdiriləcək. Bu təsərrüfatlara baş çəkən qonaqlar arılara qulluq da daxil olmaqla bu sahənin bütün elementləri ilə tanış ola biləcəklər", - deyə o qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər