Mahmud Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mahmud Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!


Günaybank-ın Müşahidə Şurasının Sədri Mahmud Məmmədov - Bu gün Qafqazda və regionda geosiyasi vəziyyət xeyli dəyişib. Azərbaycanın 30 ildən sonra işğal altında olan torpaqlarını azad etməsi və ötən ilin noyabr ayının 10-da məğlub Ermənistanın kapitulyasiya aktına imza atması regionda yeni reallıqlar yaradıb. Azərbaycan öz haqqını, şərtlərini və tələblərini irəli sürür, Ermənistan isə bütün bunlarla məcburi razılaşaraq əməl edir. Azərbaycanın tarixi qələbəsindən indiyədək siyasi platformada müxtəlif danışıqlar aparılır, görüşlər keçirilir. Regionda hər kəs, xüsusilə də məğlub Ermənistan güclü və qalib Azərbaycanla hesablaşır. 30 il uzun bir müddət ola bilər. Bu zaman trayektoriyası, tarixi qələbəmizi daha şanlı və unudulmaz etdi.

Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. 28 ildən çox idi ki, ərazilərimizin 20 faizi işğal edilmiş, 20 min vətən övladı şəhid olmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmış kimi acı reallıqla üz-üzə qalmışdı. Bütün dünya bunu gördü. Onu da gördü ki, Ermənistan dünyanın ən mötəbər qurumu - BMT-nin Təhlükəsizlik Şurası 4 qətnaməyə əməl etmədi, ATƏT-in Minsk qrupu yaradıldığı gündən heç bir iş görmədi.

Ancaq 28 ildən çox çəkən bu acı reallıqlara 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə erməni işğalına son qoyaraq, qondarma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai fikrində yaranmış bütün stereotipləri və rəyləri darmadağın etdi! Azərbaycan xalqının, ordusunun qalib, məğrur, qürurlu olduğunu nümayiş etdirdi. Artıq bu gün yeni reallıqlar yaradan Azərbaycanla hesablaşırlar və Qali Sərkərdə bütün dünyanı yaratdığı yeni reallıqlarla barışmağa və hesablaşmağa çağırış edir.

“Günay Bank” ASC ölkənin ən qədim kommersiya banklarından biri olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 23 noyabr 1992-ci il tarixli 23 Saylı İcazə əsasında fəaliyyət göstərir. 2017-ci ildə öz 25 illik yubileyini qeyd edən Bank öz müştərilərinə geniş spektrdə məhsul və xidmətlərin çeşidini təqdim edir.

“Günay Bank” universal bank olaraq hazırda sürətlə inkişaf etməklə yanaşı, çoxsaylı müştərilərə bütün növ bank maliyyə xidmətləri göstərir. Bankın əsas biznes fəaliyyəti hüquqi və fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi, kreditlərin verilməsi,qiymətli kağızlar, dilinq və sürətli pul köçürmələrlə əməliyyatların aparılması, innovativ bank kartları və elektron xidmətlərinin təqdim edilməsi və banklar üçün qanunvericiliklə müəyyən edilmiş digər kommersiya fəaliyyətini göstərməkdən ibarətdir.

Bununla yanaşı “Günay Bank” prioritet olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində nağdsız ödənişlərinin təşkil edilməsi, həmçinin, kommunal xidmətlərinin elektron şəkildə ödənilməsi və müxtəlif ödəniş sistemləri ilə ikitərəfli əlverişli əlaqələrin qurulması istiqamətində aktiv fəaliyyətini davam etdirir.

“Günay Bank” Azərbaycan Banklar Assosiyasisının ,Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Aqrar Kredit və Inkişaf Agentliyinin, Amerika-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Türkiyə İş Adamları birliyinin və Master Card beynalxalq ödəniş sisteminin üzvüdür.

Hal-hazırda “Günay Bank”-ın nəzdində Müştəri Xidmətləri Departamenti,7 filial, 7 şöbə və 4 valyuta mübadilə məntəqəsi fəaliyyət göstərir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər