Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib

Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib


Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib

Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib


Bu gün, Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olublar.
Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov cənab Prezidentin son 5 ildə 3 dəfə Aqrar universitetdə olması, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı, ikili diplom proqramları haqqında naziri ətraflı məlumatlandırıb.
Nazir Vladislav Krikliya Universitet barədə təəsüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.
Sonra Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov əməkdaşlıq və imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildiriblər. Nəticədə onlayn formada keçirilən görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıq memorandumu imzalanıb.

Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib
Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib
Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib
Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib


ADAU ilə Fırat Universitetinin əməkdaşları onlayn görüş keçirib

Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsi ilə Türkiyənin Fırat Universitetinin Mühəndislik fakültəsi əməkdaşları arasında onlayn görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Fırat Universitetinin Mühəndislik fakültəsinin dekanı professor Ebru Kavak Akpınar qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu, universitetlərarası əlaqələrin gələcəkdə də inkişaf etdirilməsi üçün potensial imkanların mövcudluğunu vurğulayaraq, Universitetin mühəndislik fakültəsinin ölkə üçün əhəmiyyətindən bəhs edib.

Daha sonra ADAU-nun Mühəndislik fakültəsinin dekanı professor Cəmaləddin Məmmədov iclas iştirakçılarına ADAU-nun və mühəndislik fakültəsinin tarixi, universitetin maddi-texniki bazası və son illər ərzində aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Görüşdə ADAU-nun Energetika kafedrasının müdiri, professor Siyasət Məmmədov və kafedranın assistenti Şəhanə Ağayeva, Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, professor Nazim İsmayılov, Elektrik mühəndisliyi kafedrasının müdiri, dosent Mahir Bağırzadə, Fırat Universitetinin Mühəndislik fakültəsinin dekan müavini Fatih Özyurt, Elektrik və elektronik mühəndisliyi kafedrasının müdiri, professor Arif Gülten və kafedranın müəllimi dosent Ahmet Orhan iştirak ediblər.

Görüşdə iştirakçılar ikili fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, ortaq dərs vəsaitlərinin hazırlanması, işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin təşkili və digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, 2 aprel tarixində ADAU ilə Fırat Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair onlayn formada protokol imzalayıb. İmzalanan sənəddə tələbə-müəllim mübadiləsi, müddətli təhsil proqramlarının hazırlanması, aparılan tədqiqat işlərinə birgə nəzarət edilməsi, idman və mədəni tədbirlərin təşkili kimi məsələlər öz əksini tapıb.

Ukraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edibUkraynanın İnfrastruktur naziri Aqrar Universitetə səfər edib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər